https://sputnik.az/20230224/qarabag-klubu-uefa-konfrans-liqasinda-mubarizeni-dayandirib-452089846.html
“Qarabağ” klubu UEFA Konfrans Liqasında mübarizəni dayandırıb
“Qarabağ” klubu UEFA Konfrans Liqasında mübarizəni dayandırıb
Sputnik Azərbaycan
Oyundan sonra təyin olunan penalti zərbələrində daha dəqiq oynayan “Gent” futbolçuları 5:3 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəliblər. 24.02.2023, Sputnik Azərbaycan
2023-02-24T03:00+0400
2023-02-24T03:00+0400
2023-02-24T10:33+0400
idman
qarabağ
"qarabağ" fk
uefa
uefa konfrans liqası
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/13/449818821_0:0:2048:1153_1920x0_80_0_0_93ddd88445540679479ad9ae696e2c79.jpg
BAKI, 24 fevral - Sputnik. “Qarabağ” klubu UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.Onaltıdabir finalda Belçikanın “Gent” klubu ilə qarşılaşan “Köhlən atlar” səfərdə rəqibinə 0:1 hesabı ilə məğlub olub. İlk oyunda “Qarabağ” eyni hesabla qalib gəldiyindən, oyunda əlavə vaxt oynanılıb. İki əlavə vaxtda da hesab açılmayıb.Oyundan sonra təyin olunan penalti zərbələrində daha dəqiq oynayan “Gent” futbolçuları 5:3 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəliblər.***UEFA Konfrans Liqasının pley-off mərhələsində keçirilən “Gent”-“Qarabağ” matçı start götürüb.“Qarabağ”ın heyətində meydana Luka Quqeşaşvili, Julio Romao, Musa Qurbanlı, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Riçard Almeyda, Marko Veşoviç, Elvin Cəfərquliyev, Bədavi Hüseynov və Ramil Şeydayev çıxıblar.“Gent"in heyətində isə Deyvi Rof, Mişel Nqadye-Nqacui, Xönseok Xon, Uqo Kuypers, Jülyen De Sart, Alessio Kastro-Montes, Cordan Torunariqa, Sven Kums, Nurio Fortuna, Loran Depuatr, Bruno Qodo yer alıblar.Gent şəhərindəki "Gelamko Arena"da keçirilən matçı şotlandiyalı FIFA referisi Uilyam Kollam idarə edib.
uefa
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/13/449818821_84:0:1904:1365_1920x0_80_0_0_4775a7f0b3d72c8237656141f0b81993.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qarabağ, "qarabağ" fk, uefa, uefa konfrans liqası
qarabağ, "qarabağ" fk, uefa, uefa konfrans liqası
“Qarabağ” klubu UEFA Konfrans Liqasında mübarizəni dayandırıb
03:00 24.02.2023 (Yenilənib: 10:33 24.02.2023) Oyundan sonra təyin olunan penalti zərbələrində daha dəqiq oynayan “Gent” futbolçuları 5:3 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəliblər.
BAKI, 24 fevral - Sputnik. “Qarabağ” klubu UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.
Onaltıdabir finalda Belçikanın “Gent” klubu ilə qarşılaşan “Köhlən atlar” səfərdə rəqibinə 0:1 hesabı ilə məğlub olub.
İlk oyunda “Qarabağ” eyni hesabla qalib gəldiyindən, oyunda əlavə vaxt oynanılıb. İki əlavə vaxtda da hesab açılmayıb.
Oyundan sonra təyin olunan penalti zərbələrində daha dəqiq oynayan “Gent” futbolçuları 5:3 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəliblər.
UEFA Konfrans Liqasının pley-off mərhələsində keçirilən “Gent”-“Qarabağ” matçı start götürüb.
“Qarabağ”ın heyətində meydana Luka Quqeşaşvili, Julio Romao, Musa Qurbanlı, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Riçard Almeyda, Marko Veşoviç, Elvin Cəfərquliyev, Bədavi Hüseynov və Ramil Şeydayev çıxıblar.
“Gent"in heyətində isə Deyvi Rof, Mişel Nqadye-Nqacui, Xönseok Xon, Uqo Kuypers, Jülyen De Sart, Alessio Kastro-Montes, Cordan Torunariqa, Sven Kums, Nurio Fortuna, Loran Depuatr, Bruno Qodo yer alıblar.
Gent şəhərindəki "Gelamko Arena"da keçirilən matçı şotlandiyalı FIFA referisi Uilyam Kollam idarə edib.