https://sputnik.az/20230221/qarabag-dunya-reytinqinde-gerileyib-452009588.html
"Qarabağ" dünya reytinqində geriləyib
"Qarabağ" dünya reytinqində geriləyib
Sputnik Azərbaycan
Reytinqin ilk "100-lüy"ündə özünə yer tapan yeganə Azərbaycan komandası olan "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent"i (Belçika)... 21.02.2023, Sputnik Azərbaycan
2023-02-21T22:10+0400
2023-02-21T22:10+0400
2023-02-21T22:10+0400
"qarabağ" fk
idman
https://cdnn1.img.sputnik.az/img/07e7/02/11/451848497_0:103:2000:1228_1920x0_80_0_0_c8602aed3943852a9c3ac2bb0353f98a.jpg
BAKI, 21 fevral — Sputnik. "Qarabağ" klubların dünya reytinqində ötən ayla müqayisədə 3 pillə geriləyib. Azərbaycan çempionu siyahının 69-cu pilləsinə düşüb. Ağdam təmsilçisi 84,1 reytinq xalına malikdir. Reytinqin ilk "100-lüy"ündə özünə yer tapan yeganə Azərbaycan komandası olan "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent"i (Belçika) xeyli üstələyir. "Gent" hazırda 80,7 reytinq xalı ilə 138-ci pillədədir. Azərbaycan Premyer Liqasında çıxış edən digər klubların da mövqeləri bəlli olub. "Neftçi" (77,0) 244-cü, "Sabah" (75,5) 307-ci, "Zirə" (71,9) 615-ci, "Qəbələ" (71,7) 628-ci, "Turan Tovuz" (68,7) 992-ci, "Sumqayıt" (65,6) 1514-cü, "Şamaxı" (65,4) 1556-cı, "Kəpəz" (65,0) 1651-ci, "Səbail" (64,6) isə 1731-ci yerdə qərarlaşıb. Elita təmsilçilərindən "Neftçi", "Qəbələ", "Turan Tovuz", "Sumqayıt", "Kəpəz" və "Səbail" irəliləyib, "Sabah", "Zirə" və "Şamaxı" geriləyiblər. 13 515 komandanın yer aldığı cədvələ yenə Almaniya təmsilçisi "Bavariya" (100) başçılıq edir. İngiltərənin "Mançester Siti" klubu (98,7) ikinci yerdə qalıbsa, İtaliya "Napoli"si (96,0) üçüncü pilləyə yüksəlib. (Report)
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/11/451848497_114:0:1887:1330_1920x0_80_0_0_abeaeae54f0a5d5f72f4103fb5198e0d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"qarabağ" fk
"Qarabağ" dünya reytinqində geriləyib
Reytinqin ilk "100-lüy"ündə özünə yer tapan yeganə Azərbaycan komandası olan "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent"i (Belçika) xeyli üstələyir.
BAKI, 21 fevral — Sputnik. "Qarabağ" klubların dünya reytinqində ötən ayla müqayisədə 3 pillə geriləyib.
Azərbaycan çempionu siyahının 69-cu pilləsinə düşüb.
Ağdam təmsilçisi 84,1 reytinq xalına malikdir. Reytinqin ilk "100-lüy"ündə özünə yer tapan yeganə Azərbaycan komandası olan "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent"i (Belçika) xeyli üstələyir. "Gent" hazırda 80,7 reytinq xalı ilə 138-ci pillədədir.
Azərbaycan Premyer Liqasında çıxış edən digər klubların da mövqeləri bəlli olub. "Neftçi" (77,0) 244-cü, "Sabah" (75,5) 307-ci, "Zirə" (71,9) 615-ci, "Qəbələ" (71,7) 628-ci, "Turan Tovuz" (68,7) 992-ci, "Sumqayıt" (65,6) 1514-cü, "Şamaxı" (65,4) 1556-cı, "Kəpəz" (65,0) 1651-ci, "Səbail" (64,6) isə 1731-ci yerdə qərarlaşıb.
Elita təmsilçilərindən "Neftçi", "Qəbələ", "Turan Tovuz", "Sumqayıt", "Kəpəz" və "Səbail" irəliləyib, "Sabah", "Zirə" və "Şamaxı" geriləyiblər.
13 515 komandanın yer aldığı cədvələ yenə Almaniya təmsilçisi "Bavariya" (100) başçılıq edir. İngiltərənin "Mançester Siti" klubu (98,7) ikinci yerdə qalıbsa, İtaliya "Napoli"si (96,0) üçüncü pilləyə yüksəlib. (Report)