Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Basketbol üzrə Azərbaycan Kubokunda qrupların tərkibi açıqlanıb

© Sputnik / Murad OrujovBasketbol
Basketbol  - Sputnik Azərbaycan, 1920, 21.02.2023
Abunə olmaq
21-26 mart tarixləri aralığında "Sərhədçi" İdman Mərkəzində keçiriləcək Azərbaycan Kubokunda 8 komanda A və B qruplarında mübarizə aparacaqlar.
BAKI, 21 fevral — Sputnik. Basketbol üzrə Azərbaycan Kubokunda qrupların tərkibi müəyyənləşib.
Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, püşkatma mərasimi qurumun inzibati binasında baş tutub.
21-26 mart tarixləri aralığında "Sərhədçi" İdman Mərkəzində keçiriləcək Azərbaycan Kubokunda 8 komanda A və B qruplarında mübarizə aparacaqlar.
A qrupunda "Sabah", "AAAF Xırdalan", "Sərhədçi", "Gəncə", B qrupunda isə NTD, "Zirvə Astara", "Neftçi" və "Olimpik Şəki" qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, basketbol üzrə Azərbaycan Kubokunun reqlamentinə əsasən, oyun zamanı meydançada mütləq şəkildə 3 yerli basketbolçu olmalıdır.
Xəbər lenti
0