Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Şagird davranış qaydalarının pilot tətbiqinə başlanılıb-Məktəblərdə yenilik

© Sputnik / Murad OrujovBakıda məktəbdə dərs prosesi
Bakıda məktəbdə dərs prosesi - Sputnik Azərbaycan, 1920, 20.02.2023
Abunə olmaq
"Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydalarında birmənalı qarşılanmayan məqamlar da yer alıb.
BAKI, 20 fevral — Sputnik. "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nın pilot tətbiqinə başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Qaydalar ilkin olaraq seçilmiş 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilir. Ümumilikdə 322 min nəfərdən çox şagirdi əhatə edən həmin müəssisələrdə davranış qaydalarının pilot tətbiqi cari tədris ilinin sonunadək davam edəcək.
Qeyd edək ki, ötən ilin oktyabr ayından başlayaraq "Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları" layihəsinin ictimaiyyət nümayəndələri ilə geniş müzakirəsi təşkil edilib.
Layihə sənədi Elm və Təhsil Nazirliyi yanında İctimai Şura, Daxili İşlər Nazirliyi, UNICEF, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, qeyri-hökumət təşkilatları və təhsil ictimaiyyəti nümayəndələrinin, o cümlədən ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, psixoloqlar, həmçinin valideynlərlə görüşlərdə keçirilən müzakirələr nəticəsində daha da təkmilləşdirilib.
Xatırladaq ki, yeni sənədə görə, şagirdlər çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqalla dərsə gələ bilməzlər.
Qaydalarda birmənalı qarşılanmayan məqamlar da yer alıb. Şagirdlər tədris binasının koridorlarında qaçmamalı, dəhliz və pilləkənlərin sağ tərəfi ilə hərəkət etməlidirlər. Məktəb daxilində yüksək səslə danışmamalıdırlar.
Çox ağır qayda pozuntuları bəndində isə qeyd edilib ki, şagird dərsdən və ya olduğu məkandan (dəhliz, həyət və s.) uzaqlaşdırılır, bir neçə dəfə dərsdən sonra "məktəbdə saxlanılır", qırmızı xəbərdarlıq məktubu şagirdin şəxsi işində saxlanılır və UTİS-də qeyd edilir. 5-ci səviyyə üçün müəyyən olunmuş yekun intizam tədbirləri isə aşağıdakılardır:

"Sinifdə qalmaq (davamiyyət və/və ya akademik göstəriciləri çox aşağı olduqda) məktəbin dəyişdirilməsi, məktəbdən xaric etmə, şagird haqqında YYÇİ (Yetkinlik Yaşına Çatmayanlarla İş ) və hüquq müdafiəsi üzrə komissiyaya (və ya yerli Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla prof laktik işlərin təşkili şöbəsinin inspektorlarına) üzrə məlumat verilməsi".

Amma bu qaydaların ictimai müzakirəyə çıxardılaraq dəyişikliklərin edilməsi nəzərdə tutulub.
Məktəblilər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.12.2022
TƏHSİL
Şagirdləri məktəbdə hansı qadağalar gözləyir? -Sənədə dəyişiklik edilməlidir!
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0