https://sputnik.az/20221205/sagirdleri-mektebde-hansi-qadagalar-gozleyir--senede-deyisiklik-edilmelidir-449266420.html
Şagirdləri məktəbdə hansı qadağalar gözləyir? -Sənədə dəyişiklik edilməlidir!
Şagirdləri məktəbdə hansı qadağalar gözləyir? -Sənədə dəyişiklik edilməlidir!
Sputnik Azərbaycan
Şura sədri bildirir ki, "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nda bəzi dəyişikliklərin edilməsinə ehtiyac var. 05.12.2022, Sputnik Azərbaycan
2022-12-05T09:29+0400
2022-12-05T09:29+0400
2022-12-05T09:29+0400
şagird
təhsil
məktəb
qayda
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1a/427050427_0:0:3069:1726_1920x0_80_0_0_4f94f40794458f0729de69f32db280dd.jpg
BAKI, 5 dekabr — Sputnik. Elm və Təhsil Nazirliyi tərəfindən "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" və "Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat" hazırlanır. Hazırda sənəd müzakirə mərhələsindədir. Bu günlərdə "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" ilə bağlı mətbuata açıqlama verən elm və təhsil naziri Emin Əmrullayev sənədin tətbiqinin gələn ildən nəzərdə tutulduğunu bildirib.Nazir qeyd edib ki, ictimai müzakirə dövründə hər kəs "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" ilə bağlı öz təkliflərini verə bilər, yoxsa, sonra gec olacaq.Bundan əlavə Təhsil İnstitunda da vətəndaş cəmiyyəti, dövlət qurumları ilə birgə sənədin müzakirəsi keçirilib.Bəs görəsən bu sənəddə hansı dəyişikliklərin edilməsi gözlənilir?Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Şura müzakirəyə çıxarılmış qaydaların çox vacib və ölkədəki ümumi təhsil müəssisələrindəki təhsil prosesinin keyfiyyətinə ciddi müsbət təsiri olacağı qənaətindədir.Onun sözlərinə görə, sənədin yığcam və konkret maddələrlə, anlaşılan dildə yazılması xüsusilə təqdirəlayiqdir. Şura sədri, buna rəğmən, qaydalarda bir neçə problemli məqamların olduğunu düşünür:"Məsələn, sənəddə qeyd olunub ki, şagirdlər buraxılmış dərs saatları günləri üçün valideyn və yaxud qanuni nümayəndə tərəfindən yazılmış izahat və ya tibbi arayışı məktəbə qayıtdığı ilk gün təqdim etməlidirlər. Bizim qeydimiz isə belədir ki, hər valideynin izahat yazması real görünmür. Kimisi bunu bilgisizlikdən, kimisi səhlənkarlıqdan etməyəcək. Həmçinin, belə yazılı izahatı şagird gətirərsə, onun orijinal olmasına müəllim və ya məktəb necə əmin olacaq? Bunun əvəzində yaxşı olardı ki, daha praktik vasitə olan valideynlə birbaşa telefonla danışmaq istifadə edilsin. Texnologiyaların imkanlarından istifadə edərək bundan da daha praktik alternativ düşünülə bilər".Mütəxəssis qaydalarda şagirdlərin buraxılacaq dərs saatları, günləri ilə bağlı icazə almaq üçün valideyn yaxud qanuni nümayəndə tərəfindən yazılmış icazəni öncədən təqdim etməli olduğunun qeyd olunduğuna diqqət çəkib:G.Səfərova deyir ki, təklif olunan sənədlərdə bəzi çatışmazlıqlar da qadağalarla bağlıdır:"Sənəddə nəzərdə tutulub ki, ç̧ox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqalla şagirdin məktəbə gəlməsi qadağandır. Bizim isə qeydimiz belədir ki, "qeyri-adi saç düzümü və rəngi" məsələsi dəqiqləşdirilməlidir. "Qeyri-təbii saç rəngi" kimi ifadələrlə konkretləşdirmək lazımdır. Əks halda belə çıxır ki, saçı təbii olaraq qızılı olan şagird məktəbə gələ bilməz. Həmçinin, saqqal yeniyetməlik yaşı dövründə nadir hallarda diqqətə çarpacaq dərəcədə uzanır. Bu qadağanın olmaması yaxşı olardı. Bu qaydalar ümumi kütlə üçün nəzərdə tutulduğundan olduqca spesifik və illustrasiyalarla başa düşülən şəkildə verilməlidir. Nümunə kimi ABŞ-ın Texsas Ştatında Şerman şəhərinin dövlət məktəblərində qaydalara baxmaq olar. Orada bəzi qaydaların yaş üzrə bölündüyünü də görmək olar".G.Səfərova onu da bildirib ki, sənəddə qadağalarla bağlı daha bir bənd şagirdlərin məktəbə telefon, ağıllı saatla gəlməsi barədədir:"Qaydalarda göstərilib ki, "şagirdlər ağıllı saat və telefonları, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidirlər. Əgər müəllimlər şagirdlərin şəxsi elektron cihazlarından istifadə edəcəkləri dərs planlaşdırırsa,o zaman bunu ailələrə öncədən yazılı şəkildə bildirməli və cihazların təhlükəsiz şəraitdə saxlanmasını təşkil etməlidir. Əgər valideyn qanuni nümayəndə övladına təhlükəsizlik məqsədilə elektron cihaz verərsə, o zaman ümumi təhsil müəssisəsi dərs gününün sonuna qədər bu cihazların təhlükəsiz şəraitdə saxlanılmasını təmin etməlidir. Dərs müddətində elektron cihazlar şagirdlərə verilməməlidir". Biz bununla da birmənalı şəkildə razı deyilik. Ağıllı cihazlarla bağlı qabardılan problemlərə rəğmən onları məktəbdə qadağan etmək zamanımızın ehtiyac və trendlərinə ziddir".Mütəxəssis, misal üçün, hansısa valideynin övladının sağlamlığını nəzarətdə saxlamaq üçün daim müxtəlif sensorlarla təchiz edilmiş ağıllı saat taxmasını istəyə biləcəyini deyir:"Yaxud şagirdlər ağıllı cihazlardan istifadə edərək evə getmək üçün nəqliyyat sifariş vermək istəyə bilər, məktəbdən evə və evdən məktəbə gedərkən hansısa təhlükə ilə üzləşsə kömək çağıra bilər. Qaydalar bu kimi halları qadağan etməməlidir. Ümumiyyətlə məktəblərdə ağıllı cihazlara icazə ilə bağlı dünyadakı ən son debatlara nəzər yetirəndə mütləq üstünlüyün icazə vermə tərəfində olduğunu görürük. Bu ağıllı cihazların öyrənmədə və şagirdlərin təhlükəsizliyini təmin etməkdə müstəsna rolu ilə əsaslandırılır. Həmçinin, ağıllı cihazları həyatımızda, elcədə də öyrənmədə daha da faydalı edə biləcək funksiyaları hər keçən gün artmaqdadır. Bunu nəzərə alaraq ağıllı cihazların qadağan edilməsi yox, onların təlim-tərbiyə prosesinə dəstək olacaq formada məktəblərdə idarə edilməsi qaydaları müəyyən edilsə, daha faydalı olar. Bununla bağlı dünyada öyrənilə biləcək kifayət qədər effektiv təcrübələr mövcuddur".Şura sədri həmçinin hesab edir ki, sənəddə qaydaların yaş qrupları üzrə müəyyən edilməməsi də narahatlıq doğurur."Azərbaycan Uşaqlar Birliyi" nin rəhbəri Kəmalə Ağazadə isə şagirdlərin məktəbdə davranış qaydalarını əks etdirən sənəddə uşaqların hüquqlarının pozulmamalı olduğunu qeyd edib:Onun sözlərinə görə, xüsusilə şagirdlərin cəzalandırılması ilə bağlı bəndlərdə diqqətli olmaq vacibdir ki, təlim-tərbiyə qaydaları kiminsə əlində alətə çevrilməsin:"Biz şagirdlərin cəzalandırılması üçün qərar verən şəxslərin ədalətli olacağına əmin deyilik. Bilmirik ki, bundan sui-istifadə hallarına yol veriləcək, yoxsa, yox. Əsas məsələ cəzanı verən şəxslərin ədalətli olmasıdır. Əgər burada ədalətsiz yanaşma olarsa, bu zaman valideynlərin də, ictimaiyyətin də narazılığı olacaq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1a/427050427_338:0:3069:2048_1920x0_80_0_0_b8bc0c0dc64a89b5a65d1f6de8c775bf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şagird, məktəb, qayda
Şagirdləri məktəbdə hansı qadağalar gözləyir? -Sənədə dəyişiklik edilməlidir!
Şura sədri bildirir ki, "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nda bəzi dəyişikliklərin edilməsinə ehtiyac var.
BAKI, 5 dekabr — Sputnik. Elm və Təhsil Nazirliyi tərəfindən "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" və "Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat" hazırlanır. Hazırda sənəd müzakirə mərhələsindədir. Bu günlərdə "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" ilə bağlı mətbuata açıqlama verən elm və təhsil naziri Emin Əmrullayev sənədin tətbiqinin gələn ildən nəzərdə tutulduğunu bildirib.
Nazir qeyd edib ki, ictimai müzakirə dövründə hər kəs "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" ilə bağlı öz təkliflərini verə bilər, yoxsa, sonra gec olacaq.
Bundan əlavə Təhsil İnstitunda da vətəndaş cəmiyyəti, dövlət qurumları ilə birgə sənədin müzakirəsi keçirilib.
Bəs görəsən bu sənəddə hansı dəyişikliklərin edilməsi gözlənilir?
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Şura müzakirəyə çıxarılmış qaydaların çox vacib və ölkədəki ümumi təhsil müəssisələrindəki təhsil prosesinin keyfiyyətinə ciddi müsbət təsiri olacağı qənaətindədir.
Onun sözlərinə görə, sənədin yığcam və konkret maddələrlə, anlaşılan dildə yazılması xüsusilə təqdirəlayiqdir. Şura sədri, buna rəğmən, qaydalarda bir neçə problemli məqamların olduğunu düşünür:
"Məsələn, sənəddə qeyd olunub ki, şagirdlər buraxılmış dərs saatları günləri üçün valideyn və yaxud qanuni nümayəndə tərəfindən yazılmış izahat və ya tibbi arayışı məktəbə qayıtdığı ilk gün təqdim etməlidirlər. Bizim qeydimiz isə belədir ki, hər valideynin izahat yazması real görünmür. Kimisi bunu bilgisizlikdən, kimisi səhlənkarlıqdan etməyəcək. Həmçinin, belə yazılı izahatı şagird gətirərsə, onun orijinal olmasına müəllim və ya məktəb necə əmin olacaq? Bunun əvəzində yaxşı olardı ki, daha praktik vasitə olan valideynlə birbaşa telefonla danışmaq istifadə edilsin. Texnologiyaların imkanlarından istifadə edərək bundan da daha praktik alternativ düşünülə bilər".
Mütəxəssis qaydalarda şagirdlərin buraxılacaq dərs saatları, günləri ilə bağlı icazə almaq üçün valideyn yaxud qanuni nümayəndə tərəfindən yazılmış icazəni öncədən təqdim etməli olduğunun qeyd olunduğuna diqqət çəkib:
"Burada da icazə alma xahişinin valideyn tərəfindən yazılı edilməsi tələbi qaydanın yuxarıda qeyd edilən səbəbdən tez-tez pozulmasına gətirəcək. Fikrimcə, tez-tez pozulacaq qaydanın olmasındansa, onun ya olmaması, ya da daha praktik bir qayda ilə əvəz edilməsi münasib olardı".
G.Səfərova deyir ki, təklif olunan sənədlərdə bəzi çatışmazlıqlar da qadağalarla bağlıdır:
"Sənəddə nəzərdə tutulub ki, ç̧ox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqalla şagirdin məktəbə gəlməsi qadağandır. Bizim isə qeydimiz belədir ki, "qeyri-adi saç düzümü və rəngi" məsələsi dəqiqləşdirilməlidir. "Qeyri-təbii saç rəngi" kimi ifadələrlə konkretləşdirmək lazımdır. Əks halda belə çıxır ki, saçı təbii olaraq qızılı olan şagird məktəbə gələ bilməz. Həmçinin, saqqal yeniyetməlik yaşı dövründə nadir hallarda diqqətə çarpacaq dərəcədə uzanır. Bu qadağanın olmaması yaxşı olardı. Bu qaydalar ümumi kütlə üçün nəzərdə tutulduğundan olduqca spesifik və illustrasiyalarla başa düşülən şəkildə verilməlidir. Nümunə kimi ABŞ-ın Texsas Ştatında Şerman şəhərinin dövlət məktəblərində qaydalara baxmaq olar. Orada bəzi qaydaların yaş üzrə bölündüyünü də görmək olar".
G.Səfərova onu da bildirib ki, sənəddə qadağalarla bağlı daha bir bənd şagirdlərin məktəbə telefon, ağıllı saatla gəlməsi barədədir:
"Qaydalarda göstərilib ki, "şagirdlər ağıllı saat və telefonları, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidirlər. Əgər müəllimlər şagirdlərin şəxsi elektron cihazlarından istifadə edəcəkləri dərs planlaşdırırsa,o zaman bunu ailələrə öncədən yazılı şəkildə bildirməli və cihazların təhlükəsiz şəraitdə saxlanmasını təşkil etməlidir. Əgər valideyn qanuni nümayəndə övladına təhlükəsizlik məqsədilə elektron cihaz verərsə, o zaman ümumi təhsil müəssisəsi dərs gününün sonuna qədər bu cihazların təhlükəsiz şəraitdə saxlanılmasını təmin etməlidir. Dərs müddətində elektron cihazlar şagirdlərə verilməməlidir". Biz bununla da birmənalı şəkildə razı deyilik. Ağıllı cihazlarla bağlı qabardılan problemlərə rəğmən onları məktəbdə qadağan etmək zamanımızın ehtiyac və trendlərinə ziddir".
Mütəxəssis, misal üçün, hansısa valideynin övladının sağlamlığını nəzarətdə saxlamaq üçün daim müxtəlif sensorlarla təchiz edilmiş ağıllı saat taxmasını istəyə biləcəyini deyir:
"Yaxud şagirdlər ağıllı cihazlardan istifadə edərək evə getmək üçün nəqliyyat sifariş vermək istəyə bilər, məktəbdən evə və evdən məktəbə gedərkən hansısa təhlükə ilə üzləşsə kömək çağıra bilər. Qaydalar bu kimi halları qadağan etməməlidir. Ümumiyyətlə məktəblərdə ağıllı cihazlara icazə ilə bağlı dünyadakı ən son debatlara nəzər yetirəndə mütləq üstünlüyün icazə vermə tərəfində olduğunu görürük. Bu ağıllı cihazların öyrənmədə və şagirdlərin təhlükəsizliyini təmin etməkdə müstəsna rolu ilə əsaslandırılır. Həmçinin, ağıllı cihazları həyatımızda, elcədə də öyrənmədə daha da faydalı edə biləcək funksiyaları hər keçən gün artmaqdadır. Bunu nəzərə alaraq ağıllı cihazların qadağan edilməsi yox, onların təlim-tərbiyə prosesinə dəstək olacaq formada məktəblərdə idarə edilməsi qaydaları müəyyən edilsə, daha faydalı olar. Bununla bağlı dünyada öyrənilə biləcək kifayət qədər effektiv təcrübələr mövcuddur".
Şura sədri həmçinin hesab edir ki, sənəddə qaydaların yaş qrupları üzrə müəyyən edilməməsi də narahatlıq doğurur.
"Azərbaycan Uşaqlar Birliyi" nin rəhbəri Kəmalə Ağazadə isə şagirdlərin məktəbdə davranış qaydalarını əks etdirən sənəddə uşaqların hüquqlarının pozulmamalı olduğunu qeyd edib:
Onun sözlərinə görə, xüsusilə şagirdlərin cəzalandırılması ilə bağlı bəndlərdə diqqətli olmaq vacibdir ki, təlim-tərbiyə qaydaları kiminsə əlində alətə çevrilməsin:
"Biz şagirdlərin cəzalandırılması üçün qərar verən şəxslərin ədalətli olacağına əmin deyilik. Bilmirik ki, bundan sui-istifadə hallarına yol veriləcək, yoxsa, yox. Əsas məsələ cəzanı verən şəxslərin ədalətli olmasıdır. Əgər burada ədalətsiz yanaşma olarsa, bu zaman valideynlərin də, ictimaiyyətin də narazılığı olacaq".