Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Münxen Konfransı: Cənubi Qafqaz - ABŞ və Rusiya arasında

© Sputnik / Павел Бедняков / Mediabanka keçid ABŞ və Rusiya
 ABŞ və Rusiya  - Sputnik Azərbaycan, 1920, 20.02.2023
Abunə olmaq
Münxen Təhlükəsizlik Konfransında Azərbaycan və Ermənistan liderləri ABŞ dövlət katibinin iştirakı ilə görüşüb, görüş zamanı tərəflər Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması imkanlarını müzakirə ediblər.
BAKI, 20 fevral — Sputnik. Budəfəki Münxen konfransının əsas mövzusu Ukraynadakı vəziyyət və Qərb ölkələri ilə Rusiya arasında münasibətlər olub. Qərbli müttəfiqlər, gözlənildiyi kimi, Kiyev rejimini dəstəkləmək öhdəliyini təsdiqləyib və növbəti anti-Rusiya sanksiyalar paketini müzakirə etməyə razılaşıblar. Maraqlıdır ki, müzakirə Moskva nümayəndələrinin iştirakı olmadan baş tutub.
Cənubi Qafqaz konfrans iştirakçılarının diqqət mərkəzindədir
Münxendə müzakirə olunan mövzulardan biri də Cənubi Qafqazdakı vəziyyət olub. Belə ki, üç regional dövlətin liderləri, eləcə də ATƏT-in baş katibi Helqa Mariya Şmidtin iştirakı ilə "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda Münxen Konfransının plenar iclası keçirilib. Tədbirin moderatorluğu Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgen olub.
© Official website of President of Azerbaijan Republicİlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda
İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması mövzusunda plenar iclasda - Sputnik Azərbaycan, 1920, 20.02.2023
İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda
İştirakçıların əsas diqqəti Cənubi Qafqaz problemi və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu, eləcə də Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması məsələsinə yönəldilib.
Analitik Sahib Sadıxlı Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, Cənubi Qafqaza bu qədər diqqət yetirilməsi Qərb dövlətlərinin Rusiyanı bu regiondan sıxışdırıb çıxarmaq niyyətindən irəli gəlir.

"Bu tənzimləmə region üçün yaxşı heç nə vəd etmir - bu, şübhəsizdir. Keçən əsrin 90-cı illərində Şimali Qafqazdakı vəziyyəti hamımız yaxşı xatırlayırıq", - ekspert xatırladır.

Bu versiyanı rusiyalı analitik Andrey Petrov təsdiqləyir. O hesab edir ki, Bakı ilə İrəvan arasında dinc münasibətlərin qurulması, sərhədlərinin və kommunikasiyalarının açıq olub-olmaması, sadəcə olaraq, ABŞ-ın vecinə deyil - onların regionda mövcudluğunu itirməməsi vacibdir.

“Belə “vasitəçilik” təbii ki, Ermənistan üçün sərfəlidir, çünki amerikalılar onu üçtərəfli bəyanatlar üzrə öhdəliklərini yerinə yetirməyə məcbur etmirlər, əksinə, guya bu sənədlərin mövcud olmadığını iddia edirlər, onlara görə Ermənistanın Qarabağ iqtisadi rayonundan qanunsuz silahlı erməni birləşmələrinin çıxarılması və Zəngəzur dəhlizi yaradılması ilə bağlı Ermənistanın heç bir öhdəliyi yoxdur. ”, - deyə Petrov qeyd edib.

Üçtərəfli görüş
Ekspertlər qeyd edirlər ki, Bakı ilə İrəvan arasında danışıqlar prosesi Qərblə Rusiya arasında baş moderator rolu uğrunda mübarizə Cənubi Qafqaza nəzarətinələ keçirilməsi üçün bir növ qarşıdurmadır.
Bu kontekstdə xatırlatmaq yerinə düşər ki, təxminən iki ay əvvəl Rusiya diplomatiyasının rəhbəri Sergey Lavrovun təklifi ilə Moskvada Ermənistan və Azərbaycandan olan həmkarları ilə üçtərəfli görüşdən məhz Ermənistan xarici işlər naziri imtina etmişdi. Əslində, bu, 2020-ci ildə Ermənistan və Azərbaycan arasında müharibəni dayandıran Moskvanın vasitəçilik missiyasının üstüörtülü şəkildə rədd edilməsi idi. Qeyd edək ki, son vaxtlar İrəvanın Moskvaya doğru demarşı getdikcə daha çox müşahidə olunur, xüsusən də Ukraynada qarşıdurmanın davam etməsi və Qərbin Rusiyaya qarşı mövqeyinin sərtləşməsi fonunda.
Eyni zamanda, unutmaq olmaz ki, sülh müqaviləsinin imzalanması və regionda dinc yanaşı yaşamanın əsasının qoyulması daha çox Cənubi Qafqaz dövlətlərinin özlərindən asılıdır. Məhz Ermənistan və Azərbaycan hər iki tərəfi narahat edən əsas məsələləri həll etməli, eyni zamanda danışıqlar nəticəsində imzalana biləcək bütün sazişlərin həyata keçirilməsinə zəmanət verməlidirlər.
Lakin Ermənistanın baş naziri Paşinyanın danışıqlardakı mövqeyi irəliləyişdən danışmağa imkan vermir. Əslində Ermənistan danışıqlar prosesini uzatmaq taktikasını davam etdirir.
Analitik Andrey Petrov qeyd edib ki, Paşinyan həm şəxsi görüşdə, həm ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə, həm də Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə panel müzakirəsində hazırkı gündəmi dəyişdirmək və Laçın yolundakı vəziyyətlə bağlı saxtakarlıqlarını təkrarlamaqla məşğul olub.
© Official website of President of Azerbaijan Republicİlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda
İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması mövzusunda plenar iclasda - Sputnik Azərbaycan, 1920, 20.02.2023
İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda
Qeyd edək ki, Azərbaycan prezidenti Ermənistanın baş nazirindən fərqli olaraq Münxendə Laçın rayonu ərazisində Ermənistandan gələn girişdə və Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizinin hər iki ucunda nəzarət-buraxılış məntəqəsinin quraşdırılması ilə bağlı konkret təkliflə çıxış edib.

"Maraqlıdır ki, Paşinyan Laçın dəhlizindəki vəziyyətlə bağlı yalanlar səsləndirərək, Laçın rayonunda Ermənistandan Azərbaycana girişə Azərbaycan nəzarətinin yaradılması təklifini rədd etməyib. Yəqin ki, İrəvan Laçın yolunun indiki iş rejimindən çox, Zəngəzur dəhlizindəki erməni gömrüyündə özünə daha çox fayda görür”, - Petrov bildirib.

Analitikin sözlərinə görə, yaxın vaxtlarda keçid məntəqəsi məsələsi həllini tapacaq.
Panel müzakirələri zamanı Azərbaycan dövlətinin başçısı Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər məsələsinin Ermənistan-Azərbaycan nizamlanma prosesinə aid olmadığını və Azərbaycanın daxili işi olduğunu da diqqətə çatdırıb.
“Eyni zamanda, Ermənistan bu məsələdən sülh proseslərini ləngitmək üçün bir rıçaq kimi istifadə edir, ona görə də Bakının beynəlxalq tərəfdaşları Cənubi Qafqazda həqiqətən sülh istəyirlərsə, erməni mövqeyini dəstəkləməyi dayandırmağın vaxtı çatıb”, - Petrov bildirib.
Dünyadakı ümumi qarşıdurma fonunda Münxen Konfransının nəticələri
Cənubi Qafqazdakı vəziyyət dünyadakı ümumi qarşıdurma fonunda sadəcə bir epizoddur. Dünya gücləri iki fərqli düşərgəyə bölünüblər, onlardan biri var gücü ilə çətin birqütblü dünya nizamını gücləndirməyə çalışır, ikincisi isə çoxqütblü dünyanın yaradılmasına töhfə verməyə çalışır ki, bu da ABŞ və onun tərəfdaşlarının dünya hegemonluğunun sona çatmasına töhfə verir.
Hazırda bu mübarizənin əsas cəbhəsi kollektiv Qərblə Rusiya arasında açılıb. Qərb ölkələri köhnə dünya düzənini qorumaq üçün birqütblü dünyanın mövcudluğunu açıq şəkildə qəbuledilməz elan edən və bu mübarizənyə rəhbərlik edən Rusiyaya qarşı mübarizəyə başlayıblar. Bunun üçün Qərb Rusiyanın perimetri ətrafında “qeyri-sabitlik kəməri”nin yaradılmasına əl atmaq niyyətindədir. Ukraynadakı vəziyyət şərh tələb etmir. Moldovada vəziyyət gərginləşir. Baltikyanı ölkələr kifayət qədər aqressivlik nümayiş etdirirlər. Uzaq Şərqdə vəziyyət getdikcə daha da qızışır.
Regional Problemlər İnstitutunun elmi direktoru Dmitri Juravlev Sputnik-ə müsahibəsində deyib ki, Qərb ölkələri Rusiyanın Mərkəzi Asiyada maraqlarını daha da pozmağa çalışır.
Ekspert xatırladıb ki, ABŞ Mərkəzi Asiyanı öz milli təhlükəsizliyinin maraqları zonası hesab edir, ona görə də onlar bütün vasitələrlə regionda sabitliyi pozmağa, eləcə də Rusiya, Çin, Türkiyə və İran kimi oyunçularla rəqabət aparmağa çalışırlar.
Britaniya tarixçisi Timoti Qarton hesab edir ki, Qərb daha da birləşib, amma biz dünyanın qalan hissəsi ilə əlaqəmiz daha da kəsilib”.
O izah edib ki, Afrika, Asiya və Latın Amerikasının çoxsaylı ölkələri nə Rusiyaya qarşı sanksiyaları, nə də Ukraynaya hərbi yardımı dəstəkləmir, onlar Qərb ölkələrinin Ukraynaya təcavüzü ilə bağlı "qəzəbinə” şübhə edirlər və bu qəzəbi “xalis ikiüzlülük” hesab edirlər.
Münxen Təhlükəsizlik Konfransının nəticələrinin mövzusuna qayıdaraq qeyd edirik ki, ABŞ-ın vitse-prezidenti Kamala Harris Almaniyaya səfərinin sonunda gözlənilməz problemlə üzləşib - "2 №-li bort" sıradan çıxıb. O, ABŞ-a öz təyyarəsi ilə deyil, alman tərəfinin təqdim etdiyi “Boeing C-17 Globemaster" hərbi-nəqliyyat təyyarəsi ilə uçmalı olub. Nədir bu? Təsadüf, yoxsa nəyəsə işarə?
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sərhəd-keçid məntəqəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.02.2023
TƏHLİL
İmzalanacaq sülh sazişinin erməni əsilli vətəndaşlarımızla əlaqəsi yoxdur - Deputat
Xəbər lenti
0