Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İmzalanacaq sülh sazişinin erməni əsilli vətəndaşlarımızla əlaqəsi yoxdur - Deputat

© Sputnik / Timur Batyirshin Sərhəd-keçid məntəqəsi, arxiv şəkli
Sərhəd-keçid məntəqəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.02.2023
Abunə olmaq
Politoloq hesab edir ki, Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün qanunsuz erməni silahlı birləşmələri tərksilah edilməli, regiona heç bir aiddiyyatı olmayan və xüsusi missiya ilə göndərilmiş Ruben Vardanyan bu əraziləri tərk etməlidir.
BAKI, 20 fevral — Sputnik. Fevralın 17-19 tarixlərində Almaniyanın Münxen şəhərində ənənəvi Təhlükəsizlik Konfransı keçirildi. Konfransda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak etdi.
Konfrans ərzində Azərbaycan prezidenti ABŞ dövlət katibi Entoni Blinkenin də iştirakı ilə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdü. Daha sonra Azərbaycan və Ermənistan liderləri “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda bir araya gəldilər.
© Official website of President of Azerbaijan Republicİlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda
İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması mövzusunda plenar iclasda - Sputnik Azərbaycan, 1920, 20.02.2023
İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda
Sputnik Azərbaycan Prezident İlham Əliyevin Münxen konfransında bəyanat etdiyi fikirlərin Azərbaycan-Ermənistan prosesinə hərəkətlilik gətirmək imkanları ilə bağlı millət vəkili Asim Mollazadənin və politoloq Fərhad Məmmədovun fikirlərini öyrənib.
Millət vəkili Asim Mollazadə bildirib ki, Azərbaycana tezliklə sülh lazımdır ki, bölgədə sabitlik, əməkdaşlıq mühiti yaransın:

“Bu sülh prosesinə maneçilik törədən Ermənistan tərəfidir. Azərbaycan hər zaman Ermənistanı sülh sazişini imzalamağa çağırır. Azərbaycanın bu mövqeyi ABŞ və Avropa İttifaqı tərəfindən də dəstəklənir. Azərbaycan öz erməni vətəndaşları ilə münasibətlər qurmağa hazırdır, sadəcə olaraq bu istiqamətdə hansısa xarici müdaxilə qəbul edilməzdir”.

© Photo : APAAsim Mollazadə - Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili
Asim Mollazadə - Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili - Sputnik Azərbaycan, 1920, 20.02.2023
Asim Mollazadə - Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili
Millət vəkili onu da deyib ki, Azərbaycan öz ərazisində qeyri-qanuni olaraq xarici şirkətlərin fəaliyyətinə göz yuma bilməz və buna imkan verməyəcək:
“Bu gün Laçın-Xankəndi yolunda azərbaycanlı ekoaktivistlər keçirdikləri mitinqlərlə bunun qarşısını almağa çalışırlar. Ermənistan yalançı blokada məsələləri ilə fikri bu məsələdən yayındırmağa çalışır. Bununla yanaşı Azərbaycan öz ərazisinə minaların, qanunsuz silahlıların gətirilməsinin qarşısını almaq məqsədilə sərhəd-keçid məntəqlərini quracaq”.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev də erməni əsilli vətəndaşlarımızla münasibətlərin özümüzün quracağını aydın şəkildə bəyan edib:

“Təbii ki, sülh sazişi imzalanmalıdır, ərazi bütövlüyü tanınmalıdır. Amma erməni əsilli vətəndaşlarımızla quracağımız münasibətlər sülh müqaviləsi ilə əlaqəli deyil”.

Politoloq Fərhad Məmmədov isə qeyd edib ki, Münxendə Azərbaycan və Ermənistan liderləri arasında keçirilmiş görüşdə iki əsas məsələ müzakirə olunub:
“Azərbaycan həm sülh sazişi, həm kommunikasiyaların açılması ilə bağlı dəfələrlə konstruktiv təşəbbüslərlə çıxış edib. Burada diqqət çəkən ən önəmli məqamlardan biri iki ölkə arasında sərhəd-keçid məntəqələrinin açılması ilə bağlı səsləndirilən fikirlər idi. Azərbaycan tərəfi prosesləri sürətləndirmək üçün konkret təkliflər də verib. Öz növbəsində bu təkliflər sülh sazişinin imzalanmasına gətirib çıxara bilər”.
© Sputnik / Murad OrujovFərhad Məmmədov
Директор Центра стратегических исследований при Президенте Азербайджана Фархад Мамедов - Sputnik Azərbaycan, 1920, 20.02.2023
Fərhad Məmmədov
Politoloq vurğulayır ki, Azərbaycan tərəfi sülh sazişinin imzalanması və erməni əhali ilə münasibətlərin qurulmasına iki fərqli məsələ kimi baxır:

“Azərbaycan erməni əhalisinin inteqrasiya prosesi ilə bağlı konkret addım və təkliflərlə çıxış edə bilər. Ancaq bunun üçün iki şərtin yerinə yetirilməsi vacibdir: Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki qanunsuz erməni silahlı birləşmələri tərksilah edilməli və regiona heç bir aiddiyyatı olmayan və xüsusi missiya ilə göndərilmiş Ruben Vardanyan bu əraziləri tərk etməlidir. Ancaq bundan sonra Bakı reinteqrasiya ilə bağlı plan və mexanizmlərini bəyan etməyə hazırdır. Bu da öz növbəsində sülh sazişi imzalanandan sonra mümkün olacaq. Sülh sazişi Qarabağdakı ermənilərin xülyalarla yaşamasına son qoyacaq”.

“Son iki il yarım ərzində qazanılmış təcrübə onu göstərir ki, Ermənistan sülh danışıqlarında maraqlı deyil. Ermənistan prosesi uzatmaqla geosiyasi şəraitin və vəziyyətin dəyişməsini gözləyir və ümid edir ki, Türkiyə zəifləyəcək və Qərbin mövqeyi isə daha aydın və möhkəm ortaya çıxacaq. Amma proseslər də onu göstərir ki, Qərb özü də sülh sazişinin yaxın müddətdə imzalanmasında maraqlıdır. Qərb deyəndə, burada ABŞ-ı nəzərdə tuturam. Əgər belə bir niyyət varsa, Ermənistana yol qalmır. Bu ölkə ya Rusiya ilə, ya da ABŞ-la öz siyasətini uzlaşdırmalıdır”, – deyə politoloq fikirlərini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0