Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Cüdoçumuz dünya reytinqində ilk pilləyə yüksəlib

© AFP 2023 / JACK GUEZАзербайджанский дзюдоист Зелим Коцоев
Азербайджанский дзюдоист Зелим Коцоев - Sputnik Azərbaycan, 1920, 20.02.2023
Abunə olmaq
25 yaşlı Azərbaycan cüdoçusu dünya reytinqində 100 kq çəki dərəcəsində ilk pilləyə yüksəlib. İdmançı buna İsrailin Tel-Əviv şəhərində keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanmaqla nail olub.
BAKI, 20 fevral — Sputnik. Azərbaycan cüdoçusu Zelim Kotsoyev dünya reytinqində 100 kq çəki dərəcəsində ilk pilləyə yüksəlib.
Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytının verdiyi xəbərə görə, 25 yaşlı idmançı buna İsrailin Tel-Əviv şəhərində keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanmaqla nail olub.
O, finalda bunadək reytinqə başçılıq edən niderlandlı Mixael Korrelə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Kotsoyev daha əvvəl böyüklər arasında Özbəkistanın paytaxtı Daşkənddəki dünya çempionatında, İsraildə keçirilmiş Masters turnirində və Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə bürünc medal qazanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0