Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Basketbol üzrə Azərbaycan Kubokunun keçirilmə tarixi açıqlanıb

© Sputnik / Murad OrujovBasketbol üzrə Azərbaycan Kuboku
Basketbol üzrə Azərbaycan Kuboku - Sputnik Azərbaycan, 1920, 20.02.2023
Abunə olmaq
İki qrupda ümumilikdə 8 komandanın iştirakı ilə keçiriləcək kubok matçları dairəvi sistemdə oynanılacaq. Qruplarda ilk iki yeri tutmuş kollektivlər yarımfinala vəsiqə qazanacaqlar.
BAKI, 20 fevral — Sputnik. Basketbol üzrə Azərbaycan Kubokunun keçirilmə tarixi açıqlanıb.
Federasiyanın yaydığı məlumata görə, oyunlar 21 - 26 mart tarixlrəində "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.
İki qrupda ümumilikdə 8 komandanın iştirakı ilə keçiriləcək kubok matçları dairəvi sistemdə oynanılacaq.
Qruplarda ilk iki yeri tutmuş kollektivlər yarımfinala vəsiqə qazanacaqlar. Final görüşü martın 26-da keçiriləcək.
Qeyd edək ki, basketbol üzrə Azərbaycan Kubokunun püşkatma mərasimi fevralın 21-də olacaq və federasiyanın rəsmi yutub səhifəsindən canlı yayımlanacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0