Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İlham Əliyev: "Cənubi Qafqazda üç ölkə arasında əməkdaşlıq başlana bilər"

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev Zəngilanın Ağalı kəndində mətbuata birgə bəyanatlarla çıxış zamanı
Azərbaycan Prezidenti İlham Əliyev Zəngilanın Ağalı kəndində mətbuata birgə bəyanatlarla çıxış zamanı - Sputnik Azərbaycan, 1920, 18.02.2023
Abunə olmaq
Prezident İlham Əliyev fevralın 18-də Münhendə televiziya kanallarına müsahibə verib.
BAKI, 18 fevral - Sputnik. İlkin variantda görüşdə Ermənistan baş nazirinin iştirakı nəzərdə tutulmurdu. Çünki mənə verilən ilkin təklifdə onun adı yox idi.
Bunu Prezident İlham Əliyev fevralın 18-də Münhendə televiziya kanallarına müsahibəsində deyib.
“Dünən axşam belə qərara gəldi ki, o da iştirak etsin. Hesab edirəm ki, bu, yaxşı haldır. Çünki nəhayət Cənubi Qafqazda üç ölkə arasında hər hansı bir əməkdaşlıq başlana bilər”, - deyə dövlətimizin başçısı bildirib.
“Bu gün keçiriləcək panel müzakirəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də iştirak edəcək. Tbilisi formatı gündəmə gələ bilərmi?” sualını cavablandıran Prezident İlham Əliyev deyib: “Ola bilər. Çünki, bu, təbii olar. Biz də bunu alqışlayırıq. Mənim Gürcüstana etdiyim səfər zamanı bu məsələ müzakirə olundu. Ermənistan tərəfi buna bir qədər tərəddüdlə yanaşır. Ancaq hesab edirəm ki, bu, ədalətli olardı”.
İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edir - Sputnik Azərbaycan, 1920, 18.02.2023
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Əliyev: "Sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında təşkil edilməlidir"
Xəbər lenti
0