Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Əliyev: "Sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında təşkil edilməlidir"

© Official website of President of Azerbaijan Republicİlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edir
İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edir - Sputnik Azərbaycan, 1920, 18.02.2023
Abunə olmaq
Üçtərəfli görüşdə Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanması da müzakirə olunub
BAKI, 18 fevral - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münhendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibə verib.
İlham Əliyev görüşün konstruktiv keçdiyini bildirib.
"Bir çox məsələlər ilə yanaşı, Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanması da müzakirə olunub" - Prezident deyib.

Prezidentin sözlərinə görə, sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında təşkil edilməlidir: "Qarabağ haqqında hansısa müddəanın olması qəbuledilməzdir".

"3 gün qabaq Ermənistandan bizim təkliflərimizə yeni cavab təklifləri aldıq. Onlar incələnir. İlk baxışda Ermənistan mövqeyində tərəqqi var, ancaq kifayət deyil", - dövlət başçısı bildirib.
"Biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır", - İlham Əliyev əlavə edib.
Премьер-министр Армении Никол Пашинян, Президент Европейского Совета Шарль Мишель и президент Азербайджана Ильхам Алиев перед встречей в Европейском Совете (6 апреля 2022) - Sputnik Azərbaycan, 1920, 18.02.2023
SİYASƏT
Münhendə İlham Əliyevlə Nikol Paşinyanın görüşü olub
Xəbər lenti
0