SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Blinken: “Azərbaycan və Ermənistan uzunmüddətli sülh üçün tarixi imkanlara malikdir”

© Official website of President of Azerbaijan RepublicABŞ dövlət katibi Entoni Blinken bu gün Münhendə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla
ABŞ dövlət katibi Entoni Blinken bu gün Münhendə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla - Sputnik Azərbaycan, 1920, 18.02.2023
Abunə olmaq
"Tərəflərin özləri, eləcə də Avropa İttifaqı və bizimlə birgə yenidən sülh prosesinə, o cümlədən birbaşa danışıqlar yoluna yönəliblər".
BAKI, 18 fevral - Sputnik. “Amerika Birləşmiş Ştatları Administrasiyası əmindir ki, Azərbaycan və Ermənistan uzunmüddətli sülhə nail olmaq üçün tarixi imkanlara malikdir”.
“Report” xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken deyib.
“Biz hesab edirik ki, Azərbaycan və Ermənistan 30 ildən artıq davam edən münaqişədən sonra davamlı sülhün bərqərar olması üçün həqiqətən tarixi imkanlara malikdir.
Tərəflərin özləri, eləcə də Avropa İttifaqı və bizimlə birgə yenidən sülh prosesinə, o cümlədən birbaşa danışıqlar yoluna yönəliblər. Birləşmiş Ştatlar istər dostlarımızla, istər bu kimi üçtərəfli formatda, istərsə də digər beynəlxalq tərəfdaşlarla bu səyləri dəstəkləmək üçün əlindən gələni etməyə hazırdır”- deyə, o bildirib.
O, hansı beynəlxalq tərəfdaşlardan danışdığını dəqiqləşdirməyib.
İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edir - Sputnik Azərbaycan, 1920, 18.02.2023
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Əliyev: "Sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında təşkil edilməlidir"
Xəbər lenti
0