Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək

© Photo : PFLOyun zamanı
Oyun zamanı - Sputnik Azərbaycan, 1920, 18.02.2023
Abunə olmaq
İki komanda indiyədək Premyer Liqada 21 dəfə qarşılaşıb. Bunların 16-da paytaxt komandası, ikisində “Səbail” qələbə qazanıb. Üç matç isə heç-heçə ilə yekunlaşıb.
BAKI, 18 fevral - Sputnik. Bu gün Azərbaycan Premyer Liqasında XXIII turun daha iki oyunu keçiriləcək.
Görüşlərdən biri Qəbələdə, digəri Bakıda olacaq.
Günün ilk qarşılaşmasında “Qəbələ” doğma meydanda “Sumqayıt”la üz-üzə gələcək. Hazırda Qəbələ komandası 28 xalla beşinci, Sumqayıt təmsilçisi isə 18 xalla yeddinci pillədə qərarlaşıb.
Komandalar indiyədək ölkə çempionatında öz aralarında 41 oyun keçiriblər. Bunların 23-ü meydan sahiblərinin, 5-i qonaqların xeyrinə başa çatıb. 13 qarşılaşmada qalib müəyyənləşməyib. “Qəbələ” son 5 oyunda qol vurub. “Sumqayıt” 6 matçdır qələbə qazanmır.
Günün digər matçı isə 45 xalla üçüncü yerdəki “Neftçi” ilə 16 xalla sonuncu olan “Səbail” arasında keçiriləcək.
İki komanda indiyədək Premyer Liqada 21 dəfə qarşılaşıb. Bunların 16-da paytaxt komandası, ikisində “Səbail” qələbə qazanıb. Üç matç isə heç-heçə ilə yekunlaşıb.
“Neftçi” son 10 görüşdə qalib gəlib. “Səbail” ardıcıl 14 qarşılaşmada qələbə qazana bilməyib.
Turun “Zirə” – “Qarabağ” və “Sabah” – “Turan Tovuz” matçları fevralın 19-da keçiriləcək.
Xəbər lenti
0