https://sputnik.az/20230216/formula-1-bir-sektorun-biletleri-tamamile-satilib-451840956.html
"Formula 1": Bir sektorun biletləri tamamilə satılıb
"Formula 1": Bir sektorun biletləri tamamilə satılıb
Sputnik Azərbaycan
Yeddinci dəfə keçiriləcək Azərbaycan Qran-prisi 28 - 30 aprelə təsadüf edəcək. 16.02.2023, Sputnik Azərbaycan
2023-02-16T22:23+0400
2023-02-16T22:23+0400
2023-02-16T23:56+0400
idman
formula-1
formula1
bilet
bilet satışı
bakı şəhər halqası
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0d/442869656_0:320:3072:2048_1920x0_80_0_0_71b74fc6dd45a9165e12fa3c2741d25d.jpg
BAKI, 16 fevral - Sputnik. "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün Abşeron tribunasının B sektorunun biletləri tamamilə satılıb.Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, bu, Filarmoniya tribunasından sonra biletlərin hamısının satıldığı sayca ikinci sektordur.BŞH-nın Satış və Kommersiya departamentinin rəhbəri Səbri Gülmalıyev son zamanlar biletlərin satışında müşahidə olunan ciddi artımı tamaşaçıların Bakı yarışına göstərdiyi böyük maraq ilə əlaqələndirib: "Bu il yarışa beynəlxalq səviyyədə daha böyük maraq müşahidə edirik. Yarışı izləmək istəyən xarici azarkeşlərin sayında ən yüksək artım da bu ilə təsadüf edir. Məhz buna görə də hazırkı mərhələdə satış göstəriciləri ötən illərlə müqayisədə artıq rekord həddə çatıb. Şübhəsiz ki, bunda Bakı Şəhər Halqasının ən sürətli şəhər yarışlarından biri olması ilə yanaşı, ilk dəfə Sprint yarışına ev sahibliyi etməyimizin də rolu var. Əminik ki, Bakı bu il də ənənəyə sadiq qalaraq avtoidman həvəskarlarının ən çox sevdiyi yarış məkanına çevriləcək. Bütün azarkeşləri hələ də fürsət varkən ilin ən baxımlı yarışına bilet əldə etməyə çağırıram".Abşeron tribunası Bakı trekinin ən böyük tribunasıdır. Əldə olunan son məlumata görə, builki Azərbaycan Qran-prisinə ümumilikdə 100-ə yaxın ölkədən bilet alınır. Bu ölkələrin arasında Azərbaycanla yanaşı, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Niderland, Avstriya, Almaniya, İrlandiya, İtaliya, İsrail, Argentina, Hindistan, Amerika Birləşmiş Ştatları, Meksika kimi ölkələr üstünlük təşkil edir.Bilet alışına görə ilk üçlükdə isə Böyük Britaniya, Azərbaycan və Niderland qərarlaşıb.Qeyd edək ki, yeddinci dəfə keçiriləcək Azərbaycan Qran-prisi 28 - 30 aprelə təsadüf edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0d/442869656_216:460:2334:2048_1920x0_80_0_0_e124eb447e38feb972539e022191a4d7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
formula-1, formula1, bilet, bilet satışı, bakı şəhər halqası
formula-1, formula1, bilet, bilet satışı, bakı şəhər halqası
"Formula 1": Bir sektorun biletləri tamamilə satılıb
22:23 16.02.2023 (Yenilənib: 23:56 16.02.2023) Yeddinci dəfə keçiriləcək Azərbaycan Qran-prisi 28 - 30 aprelə təsadüf edəcək.
BAKI, 16 fevral - Sputnik. "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün Abşeron tribunasının B sektorunun biletləri tamamilə satılıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, bu, Filarmoniya tribunasından sonra biletlərin hamısının satıldığı sayca ikinci sektordur.
BŞH-nın Satış və Kommersiya departamentinin rəhbəri Səbri Gülmalıyev son zamanlar biletlərin satışında müşahidə olunan ciddi artımı tamaşaçıların Bakı yarışına göstərdiyi böyük maraq ilə əlaqələndirib: "Bu il yarışa beynəlxalq səviyyədə daha böyük maraq müşahidə edirik. Yarışı izləmək istəyən xarici azarkeşlərin sayında ən yüksək artım da bu ilə təsadüf edir. Məhz buna görə də hazırkı mərhələdə satış göstəriciləri ötən illərlə müqayisədə artıq rekord həddə çatıb. Şübhəsiz ki, bunda Bakı Şəhər Halqasının ən sürətli şəhər yarışlarından biri olması ilə yanaşı, ilk dəfə Sprint yarışına ev sahibliyi etməyimizin də rolu var. Əminik ki, Bakı bu il də ənənəyə sadiq qalaraq avtoidman həvəskarlarının ən çox sevdiyi yarış məkanına çevriləcək. Bütün azarkeşləri hələ də fürsət varkən ilin ən baxımlı yarışına bilet əldə etməyə çağırıram".
Abşeron tribunası Bakı trekinin ən böyük tribunasıdır. Əldə olunan son məlumata görə, builki Azərbaycan Qran-prisinə ümumilikdə 100-ə yaxın ölkədən bilet alınır. Bu ölkələrin arasında Azərbaycanla yanaşı, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Niderland, Avstriya, Almaniya, İrlandiya, İtaliya, İsrail, Argentina, Hindistan, Amerika Birləşmiş Ştatları, Meksika kimi ölkələr üstünlük təşkil edir.
Bilet alışına görə ilk üçlükdə isə Böyük Britaniya, Azərbaycan və Niderland qərarlaşıb.
Qeyd edək ki, yeddinci dəfə keçiriləcək Azərbaycan Qran-prisi 28 - 30 aprelə təsadüf edəcək.