https://sputnik.az/20230215/eli-esedov-baki-limaninin-yukasirma-qabiliyyetinin-artirilmasi-islerine-baslamisiq-451796176.html
Əli Əsədov: Bakı Limanının yükaşırma qabiliyyətinin artırılması işlərinə başlamışıq
Əli Əsədov: Bakı Limanının yükaşırma qabiliyyətinin artırılması işlərinə başlamışıq
Sputnik Azərbaycan
Baş nazir diqqətə çatdırıb ki, bütün bunlar açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycanın beynəlxalq logistik və nəqliyyat mərkəzinə çevrilməsini təmin... 15.02.2023, Sputnik Azərbaycan
2023-02-15T16:47+0400
2023-02-15T16:47+0400
2023-02-15T17:56+0400
iqtisadiyyat
xəzər
əli əsədov
dubay
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447972762_0:87:3331:1961_1920x0_80_0_0_a857c465cd3c4eb4e219edb38250ddab.jpg
BAKI, 15 fevral — Sputnik. "Beynəlxalq yükdaşımalarda Orta Dəhlizin rolu gündən-günə artır. Asiya və Avropanın inteqrasiyası üçün mühüm əhəmiyyətə malik bu dəhlizin yaxın gələcəkdə dünyanın ən təhlükəsiz və operativ dəhlizlərindən birinə çevrilməsi üçün gözəl perspektivlər var". Bunu Azərbaycanın Baş naziri Əli Əsədov Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dünya Hökumət Sammitində çıxışı zamanı deyib. O bildirib ki, bu dəhlizlərin kəsişməsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm rola malikdir. Xəzər dənizinin ən böyük ticarət limanlarından biri olan Bakı Limanının yükaşırma qabiliyyəti 15 milyon tondur. Ərazimizdən tranzit daşımaları və yük axınlarının böyük həcmdə artdığını nəzərə alaraq biz Limanın yükaşırma qabiliyyətinin 25 milyon tona qədər artırılması işlərinə başlamışıq. Bütün bunlar açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycanın beynəlxalq logistik və nəqliyyat mərkəzinə çevrilməsini təmin edir. "Eyni zamanda ölkəmiz kosmik sənaye və müasir texnologiyalar sahəsində uğurlara nail olub. Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvlərindən biridir. Yeri gəlmişkən, 2023-cü ilin oktyabrında Bakı şəhərində 74-cü Beynəlxalq Astronavtika Konqresi keçiriləcək. Bu sahədə fəaliyyət göstərən bütün təşkilat və qurumları bu mötəbər Konqresə dəvət edirəm", - deyə Baş nazir əlavə edib. Qeyd edək ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 14-də Dünya Hökumət Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib. Sammit "Gələcəyin hökumətlərini formalaşdırmaq" devizi altında keçirilir. Sammit gələcək hökumətləri formalaşdırmaq üçün lazım olan alətləri, siyasətləri və modelləri bölüşmək və inkişafına töhfə vermək üçün dünyanın hər yerindən iştirakçıları bir araya gətirib.
https://sputnik.az/20230215/azerbaycan-xezer-denizinde-en-boyuk-mulki-yuk-donanmasina-malikdir---bas-nazir-451795195.html
dubay
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447972762_300:0:3031:2048_1920x0_80_0_0_f3ec3c55884de899ce5874c683283209.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəzər, əli əsədov, dubay
Əli Əsədov: Bakı Limanının yükaşırma qabiliyyətinin artırılması işlərinə başlamışıq
16:47 15.02.2023 (Yenilənib: 17:56 15.02.2023) Baş nazir diqqətə çatdırıb ki, bütün bunlar açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycanın beynəlxalq logistik və nəqliyyat mərkəzinə çevrilməsini təmin edir.
BAKI, 15 fevral — Sputnik. "Beynəlxalq yükdaşımalarda Orta Dəhlizin rolu gündən-günə artır. Asiya və Avropanın inteqrasiyası üçün mühüm əhəmiyyətə malik bu dəhlizin yaxın gələcəkdə dünyanın ən təhlükəsiz və operativ dəhlizlərindən birinə çevrilməsi üçün gözəl perspektivlər var".
Bunu Azərbaycanın Baş naziri Əli Əsədov Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dünya Hökumət Sammitində çıxışı zamanı deyib.
O bildirib ki, bu dəhlizlərin kəsişməsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm rola malikdir. Xəzər dənizinin ən böyük ticarət limanlarından biri olan Bakı Limanının yükaşırma qabiliyyəti 15 milyon tondur. Ərazimizdən tranzit daşımaları və yük axınlarının böyük həcmdə artdığını nəzərə alaraq biz Limanın yükaşırma qabiliyyətinin 25 milyon tona qədər artırılması işlərinə başlamışıq. Bütün bunlar açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycanın beynəlxalq logistik və nəqliyyat mərkəzinə çevrilməsini təmin edir.
"Eyni zamanda ölkəmiz kosmik sənaye və müasir texnologiyalar sahəsində uğurlara nail olub. Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvlərindən biridir. Yeri gəlmişkən, 2023-cü ilin oktyabrında Bakı şəhərində 74-cü Beynəlxalq Astronavtika Konqresi keçiriləcək. Bu sahədə fəaliyyət göstərən bütün təşkilat və qurumları bu mötəbər Konqresə dəvət edirəm", - deyə Baş nazir əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 14-də Dünya Hökumət Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib.
Sammit "Gələcəyin hökumətlərini formalaşdırmaq" devizi altında keçirilir. Sammit gələcək hökumətləri formalaşdırmaq üçün lazım olan alətləri, siyasətləri və modelləri bölüşmək və inkişafına töhfə vermək üçün dünyanın hər yerindən iştirakçıları bir araya gətirib.