Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir - Baş nazir

© Sputnik / Irade JELILPirallahi
Pirallahi - Sputnik Azərbaycan, 1920, 15.02.2023
Abunə olmaq
Əli Əsədov diqqətə çatdırıb ki, Azərbaycan iqtisadiyyatı nümunəvi model kimi hətta qlobal təsirlərə dözümlülük nümayiş etdirir.
BAKI, 15 fevral — Sputnik. "Azərbaycan Respublikası bu gün müstəqil və fəal xarici siyasət yürüdür, dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır".
Bunu Azərbaycanın Baş naziri Əli Əsədov Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dünya Hökumət Sammitində çıxışı zamanı deyib.
O bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan 30 illik işğal altında qalan öz əzəli torpaqlarını azad etdi. Beynəlxalq hüquqa, onun norma və prinsiplərinə hər zaman böyük hörmətlə, məsuliyyətlə yanaşan Azərbaycan dövləti bu gün regionda sülhün, sabitliyin, əməkdaşlığın və dayanıqlı inkişafın bərqərar edilməsi istiqamətində səylərlə çalışır.
Baş nazir qeyd edib ki, biz hər zaman həm regionda, həm də dünya miqyasında anlaşmanı və qarşılıqlı əməkdaşlığı təşviq etmişik. Təbii ki, Qoşulmama Hərəkatındakı uğurlu sədrliyimiz xüsusilə vurğulanmalıdır. Üzv dövlətlərin yekdil fikri ilə bizim sərdliyimiz bir il uzadılıb. Biz bunu beynəlxalq arenada oynadığımız rola verilən qiymət kimi qiymətləndiririk.
O bildirib ki, Azərbaycan hər zaman ehtiyac içərisində olan ölkələrlə həmrəy olub, onlara yardım göstərib. Xüsusilə də dövr ərzində COVID ilə bağlı 80-dən çox ölkəyə göstərdiyimiz dəstək bizim beynəlxalq arenada həmrəyliyin möhkəmləndirilməsinə töhfəmizdir.
Əli Əsədov diqqətə çatdırıb ki, ötən illərin təcrübəsi göstərdi ki, Azərbaycan iqtisadiyyatı nümunəvi model kimi hətta qlobal təsirlərə dözümlülük nümayiş etdirir. Keçən il bizim ümumi daxili məhsulumuz 4,6 faiz artıb. İqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının yüksəldilməsi istiqamətində tədbirlər nəticəsində qeyri-neft məhsullarının ixracı 12 faizdən artıq yüksəlib. Dövlət büdcəsinin gəlirlərinin 50 faizi qeyri-neft-qaz gəlirləri hesabına formalaşıb.
"Azərbaycan Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakıda gəmiqayırma zavodu fəaliyyət göstərir və bütün növ gəmilər istehsal edə bilir. Azərbaycan bir sıra regional və beynəlxalq layihələrin təşəbbüskarı və əsas iştirakçısıdır. Onların sırasında Bakı-Tbilisi-Qars, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini qeyd etmək olar", - deyə Baş nazir əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 14-də Dünya Hökumət Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib.
Sammit "Gələcəyin hökumətlərini formalaşdırmaq" devizi altında keçirilir. Sammit gələcək hökumətləri formalaşdırmaq üçün lazım olan alətləri, siyasətləri və modelləri bölüşmək və inkişafına töhfə vermək üçün dünyanın hər yerindən iştirakçıları bir araya gətirib.
Xəbər lenti
0