https://sputnik.az/20230214/qarabagin-oyununu-azerbaycan-futboluna-yaxsi-beled-olan-hakim-idare-edecek-451748426.html
"Qarabağ"ın oyununu Azərbaycan futboluna yaxşı bələd olan hakim idarə edəcək
"Qarabağ"ın oyununu Azərbaycan futboluna yaxşı bələd olan hakim idarə edəcək
Sputnik Azərbaycan
UEFA Konfrans Liqasının pley-off mərhələsinin oyunlarında, o cümlədən "Qarabağ" - "Gent" arasındakı matçda hakimlərin adları açıqlayıb. 14.02.2023, Sputnik Azərbaycan
2023-02-14T16:28+0400
2023-02-14T16:28+0400
2023-02-14T16:28+0400
qarabağ
idman
futbol klubu
hakim
uefa
https://cdnn1.img.sputnik.az/img/42192/22/421922297_0:0:3073:1730_1920x0_80_0_0_bc66a85e2f19cf769f089460a3d2e513.jpg
BAKI, 14 fevral — Sputnik. Ağdamın "Qarabağ" futbol komandası ilə Belçikanın "Gent" klubunun matçını əvvəllər iki dəfə Azərbaycan komandaları ilə çalışmış hakim idarə edəcək. Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Konfrans Liqasının pley-off mərhələsinin oyunlarında, o cümlədən "Qarabağ" və "Gent" arasındakı matçda olacaq hakimlərin siyahısını açıqlayıb. Oyun cümə axşamı, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Qarşıda baş tutacaq oyunu Mohammed Al-Hakimin başçılıq etdiyi İsveç hakimlər briqadası idarə edəcək. Yan xətt oyunçuları Frederik Kliver və Robin Vilde ona kömək edəcək, dördüncü hakim isə Boyan Pandziç olacaq. Video köməkçi hakim (VAR) sisteminin arxasında Polşadan olan hakimlər qrupu çalışacaq. Qeyd edək ki, bu matç, Al-Hakim üçün Azərbaycan komandalarının iştirakı ilə keçirilən ilk oyun deyil. 2019-cu ilin noyabrında İraq mənşəli isveçli hakim Avropa Liqasının qrup mərhələsində İspaniyanın "Sevilya" və Ağdamın "Qarabağ" komandaları arasındakı matçı idarə edib və səfərdə keçiriləcək oyunda ağdamlılar 0:2 hesabı ilə uduzublar. Al-Hakimin həmin matçda bir dənə də olsun vərəqə göstərməməsi diqqət çəkib. Bundan əlavə, 2022/23 mövsümündə o, UEFA Millətlər Liqasının qrup mərhələsinin Belarus və Azərbaycan yığmaları arasında keçirilən oyununu (0:0) idarə edib və bu oyunda səkkiz sarı və bir qırmızı vərəqə göstərib. Sarı vərəqələrin yarısını və yeganə qırmızı vərəqəni azərbaycanlı futbolçular alıblar. Qeyd edək ki, "Gent" və "Qarabağ" arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu fevralın 23-də Belçikada keçiriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42192/22/421922297_0:0:2731:2048_1920x0_80_0_0_414c3ac4a33a932d104c58be1dceffd6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
qarabağ, futbol klubu, hakim, uefa
qarabağ, futbol klubu, hakim, uefa
"Qarabağ"ın oyununu Azərbaycan futboluna yaxşı bələd olan hakim idarə edəcək
UEFA Konfrans Liqasının pley-off mərhələsinin oyunlarında, o cümlədən "Qarabağ" - "Gent" arasındakı matçda hakimlərin adları açıqlayıb.
BAKI, 14 fevral — Sputnik. Ağdamın "Qarabağ" futbol komandası ilə Belçikanın "Gent" klubunun matçını əvvəllər iki dəfə Azərbaycan komandaları ilə çalışmış hakim idarə edəcək.
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Konfrans Liqasının pley-off mərhələsinin oyunlarında, o cümlədən "Qarabağ" və "Gent" arasındakı matçda olacaq hakimlərin siyahısını açıqlayıb. Oyun cümə axşamı, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Qarşıda baş tutacaq oyunu Mohammed Al-Hakimin başçılıq etdiyi İsveç hakimlər briqadası idarə edəcək. Yan xətt oyunçuları Frederik Kliver və Robin Vilde ona kömək edəcək, dördüncü hakim isə Boyan Pandziç olacaq.
Video köməkçi hakim (VAR) sisteminin arxasında Polşadan olan hakimlər qrupu çalışacaq.
Qeyd edək ki, bu matç, Al-Hakim üçün Azərbaycan komandalarının iştirakı ilə keçirilən ilk oyun deyil. 2019-cu ilin noyabrında İraq mənşəli isveçli hakim Avropa Liqasının qrup mərhələsində İspaniyanın "Sevilya" və Ağdamın "Qarabağ" komandaları arasındakı matçı idarə edib və səfərdə keçiriləcək oyunda ağdamlılar 0:2 hesabı ilə uduzublar. Al-Hakimin həmin matçda bir dənə də olsun vərəqə göstərməməsi diqqət çəkib.
Bundan əlavə, 2022/23 mövsümündə o, UEFA Millətlər Liqasının qrup mərhələsinin Belarus və Azərbaycan yığmaları arasında keçirilən oyununu (0:0) idarə edib və bu oyunda səkkiz sarı və bir qırmızı vərəqə göstərib. Sarı vərəqələrin yarısını və yeganə qırmızı vərəqəni azərbaycanlı futbolçular alıblar.
Qeyd edək ki, "Gent" və "Qarabağ" arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu fevralın 23-də Belçikada keçiriləcək.