https://sputnik.az/20230213/musa-qurbanli-azerbaycan-cempionatlari-tarixinin-rekorduna-imza-atib-451717846.html
Musa Qurbanlı Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb
Musa Qurbanlı Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb
Sputnik Azərbaycan
Musa bununla da Azərbaycan çempionatları tarixində bir mövsümdə ən çox qol vuran 21 yaşadək futbolçu adına yiyələnib. 13.02.2023, Sputnik Azərbaycan
2023-02-13T19:38+0400
2023-02-13T19:38+0400
2023-02-13T19:38+0400
futbol
idman
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/10/449700909_0:0:2048:1153_1920x0_80_0_0_e66f7c315b84c946e0b49212d48a93bd.jpg
BAKI, 13 fevral — Sputnik. Musa Qurbanlı mövsümdə 16-cı qolunu vurub. "Qarabağ"ın futbolçusu Misli Premyer Liqasının XXII turunun "Sabah"la ev görüşündə fərqlənib. O, 1:1 hesabı ilə başa çatan qarşılaşmanın 18-ci dəqiqəsində rəqib qapısına yol tapıb. Musa bununla da Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb. O, bir mövsümdə ən çox qol vuran 21 yaşadək futbolçu adına yiyələnib. Qurbanlıya qədər bu rekord 15 qola bərabər idi. 1998/99 mövsümündə "Dinamo"nun hücumçusu Fərrux İsmayılov 15 qola imza atıb. 2005/06 mövsümündə "Şahdağ"ın nigeriyalı legioneri Əhməd Ticani eyni sayda fərqlənib. Bu rekordu əvvəlki turda təkrarlayan Musa "Sabah"la görüşdə mütləq rekord vurub. Bu qol həm də forvardın "Qarabağ"ın heyətində yubiley qolu olub. O, Ağdam klubunun forması ilə Premyer Liqada 25-ci dəfə fərqlənib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/10/449700909_69:0:1889:1365_1920x0_80_0_0_ffb6960d92bdf32c7e22553fa8a454e8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
futbol
Musa Qurbanlı Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb
Musa bununla da Azərbaycan çempionatları tarixində bir mövsümdə ən çox qol vuran 21 yaşadək futbolçu adına yiyələnib.
BAKI, 13 fevral — Sputnik. Musa Qurbanlı mövsümdə 16-cı qolunu vurub.
"Qarabağ"ın futbolçusu Misli Premyer Liqasının XXII turunun "Sabah"la ev görüşündə fərqlənib.
O, 1:1 hesabı ilə başa çatan qarşılaşmanın 18-ci dəqiqəsində rəqib qapısına yol tapıb.
Musa bununla da Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb. O, bir mövsümdə ən çox qol vuran 21 yaşadək futbolçu adına yiyələnib.
Qurbanlıya qədər bu rekord 15 qola bərabər idi. 1998/99 mövsümündə "Dinamo"nun hücumçusu Fərrux İsmayılov 15 qola imza atıb. 2005/06 mövsümündə "Şahdağ"ın nigeriyalı legioneri Əhməd Ticani eyni sayda fərqlənib. Bu rekordu əvvəlki turda təkrarlayan Musa "Sabah"la görüşdə mütləq rekord vurub.
Bu qol həm də forvardın "Qarabağ"ın heyətində yubiley qolu olub. O, Ağdam klubunun forması ilə Premyer Liqada 25-ci dəfə fərqlənib.