Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Millimiz Qızıl kəmər seriyasında ikinci olub

© pixabay / McabilityBoks əlcəkləri, arxiv şəkli
Boks əlcəkləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.02.2023
Abunə olmaq
Qızıl kəmər seriyasında boksçularımız 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.
BAKI, 11 fevral - Sputnik. Mərakeşdə keçirilən boks üzrə Qızıl kəmər seriyası çərçivəsində ilin ilk turnirində medal sayına görə komandaların tutduqları yer açıqlanıb.
Azərtac xəbər verir ki, 34 ölkənin iştirak etdiyi yarışda Azərbaycan millisinin də qərarlaşdığı yer məlum olub.
Baş məşqçi Pedro Rokenin rəhbərlik etdiyi yığma 2 qızıl, 1 gümüş və 2 bürünc medalla kişi komandaları arasında ikinci yeri tutub. Birinci pillədə Rusiya (9-2-0) qərarlaşdığı halda, “üçlüy”ü İtaliya (1-1-1) qapayıb.
Qeyd edək ki, Qızıl kəmər seriyasında boksçularımızdan Ümid Rüstəmovla (57 kq) Nəbi İsgəndərov (67 kq) qızıl, Alfonso Dominqes (86 kq) gümüş, Məsud Yusifzadə (51 kq) və Sərxan Əliyev (71 kq) bürünc medal qazanıb.
Xəbər lenti
0