Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanın 2 boksçusu Qızıl kəmər seriyasının qalibi olub

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidBoks əlcəkləri
Boks əlcəkləri - Sputnik Azərbaycan, 1920, 11.02.2023
Abunə olmaq
Millimiz 34 ölkədən 201 boksçunun qatıldığı ilin ilk turnirini 5 medalla başa vurub.
BAKI, 11 fevral — Sputnik. Mərakeşdə boks üzrə Qızıl kəmər seriyası çərçivəsində ilin ilk turnirinə yekun vurulub. Federasiyadan verilən məlumata görə, Azərbaycan millisi yarışı 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.
57 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov finalda rusiyalı Eduard Savvinlə qarşılaşıb. Hər 3 raundda inamlı mübarizə aparan boksçumuz yekunda 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə qələbə qazanaraq, çempion tituluna yiyələnib.
Onun uğurunu Nəbi İsgəndərov (67 kq) da təkrarlayıb. Gəncə boks məktəbinin yetirməsi finalda Tarxan İdiqova (Rusiya) gücünü göstərib. İsgəndərov inamlı mübarizə nəticəsində rəqibini 4:1 (29:28, 29:28, 28:29, 30:27, 30:27) hesabı ilə məğlub edərək Mərakeşdə Azərbaycan himnini səsləndirib.
86 kq çəkidə mübarizə aparan Alfonso Dominqes isə gümüş medalla kifayətlənib. O da finalda rusiyalı boksçu ilə döyüşüb. Lakin görüşdə Şarabutdin Atayev qalib gəldiyindən dünya çempionumuz fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Beləliklə, millimiz 34 ölkədən 201 boksçunun qatıldığı ilin ilk turnirini 5 medalla başa vurub. Komandamızın heyətində daha öncə Məsud Yusifzadə (51 kq) və Sərxan Əliyev (71 kq) bürünc medala yiyələniblər.
Qeyd edək ki, yarışın qalibi aktivinə 900, gümüş medalçısı 700 və üçüncüsü 500 reytinq xalı əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0