Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

"Şimal axınları" terrorçu ölkə tərəfindən partladılıb

© Photo : Danish Defence"Şimal axınları"nda partlayış
Şimal axınlarında partlayış - Sputnik Azərbaycan, 1920, 10.02.2023
Abunə olmaq
Amerikalı jurnalist Seymur Herş XXI əsrin əsas geosiyasi qalmaqalından çıxış edərək öz internet saytında çox maraqlı araşdırma dərc edib.
Dünən dünya informasiya sahəsində elə bir güclü bomba partladı ki, yüzlərlə metr okean dalğaları və ya buna bənzər qalınlıqdakı qranit bu partlayışı gizlədə bilmədi. Heç bir mübaliğəsiz, görkəmli və son dərəcə layiqli amerikalı jurnalist Seymur Herş XXI əsrin əsas geosiyasi qalmaqalından çıxış edərək öz internet saytında araşdırma dərc edib.
Herş yüksək rütbəli amerikalı kəşfiyyatçıya istinadən Rusiya-Avropa magistral qaz kəməri "Şimal axını 2"də terror hücumunun hazırlanması və həyata keçirilməsini çox ətraflı təsvir edir. Təqdim olunan hesabatda hər şey çox maraqlıdır.
Məsələn, ABŞ Dövlət Departamenti Pentaqonun hərbçiləri və Mərkəzi kəşfiyyat idarəsi (MKİ) agentləri ilə birlikdə qaz kəmərini 2021-ci ildə, yəni Xüsusi hərbi əməliyyat (XHƏ) başlamazdan çox əvvəl partlatmağı planlaşdırmağa başlayıb. Lakin bu zaman qrafiki heç də təsadüfi deyil. 2021-ci ildə "axın"ın xətti hissəsinin tikintisi başa çatdı və istismara vermə işləri başladı, yəni qazın fiziki pompalanmasının başlanğıcı çox yaxın bir zaman məsələsi oldu. Bu zaman kəsiyində Vaşinqton başa düşdü ki, Almaniya və bir sıra Avropa ölkələri Moskva ilə münasibətlərin kəsilməsi tələblərini səssizcə sabotaj edirlər və onlar Avropanın iqtisadi rifahının əsası olan Rusiya qazının alışını artırmaq niyyətindədirlər.
Hökumətdən əməliyyata dövlət katibi Entoni Blinken və onun müavini, Kiyev Maydanından bəri məşhur olan Viktoriya Nuland nəzarət edirdi. Praktiki inkişaf Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Bill Burnsa həvalə edilmişdi.
Herşin fikrincə, plan əvvəlcə sırf hərbi xarakter daşıyırdı. Hərbi Hava Qüvvələrinin nümayəndələri dərin yerləşdirilmiş sursatlarla bomba zərbəsi endirməyi təklif etdilər, dəniz komandanlığı sualtı qayıqdan atılan torpedodan istifadə edərək qaz kəmərini pozmaq istədi. Sonda hər iki variantdan imtina edildi, çünki magistralın üzərində hücum təyyarəsinin olması Rusiya müşahidə avadanlığı ilə asanlıqla müəyyən edilir, həmçinin torpedonun səs-küyü də exolokatorlar tərəfindən aşkar edilir. Yəni bu hadisələri və partlayışı eyni anda birləşdirmək armudu atəşə tutmaq qədər sadədir.
Buna görə də qaz xəttini uzaqdan partlatmaq yolu ilə mina vasitəsilə partlatmaq qərara alındı. Bundan ötrü NATO-nun planlaşdırılan "BALTOPS 22" təlimləri zamanı yükü quraşdıran döyüş üzgüçülərindən ibarət komanda cəlb edildi. Özlərini daha da qorumaq və şübhələrin qarşısını almaq üçün birbaşa partlatma əməliyyatı Norveç tərəfinə həvalə edildi. Bildiyiniz kimi, bütün döyüş gəmiləri və təyyarələr təlim zonasını tərk etdilər. Cəmi bir neçə gün sonra isə Baltik sularının qaranlıq dərinliklərində üç partlayış səsi gurladı. Həm də maskalanmaya riayət etməklə.
İstintaqda təsvir olunan iki məqam son dərəcə diqqətəlayiqdir.
Birincisi, ABŞ prezidenti əməliyyatın özü haqqında çox yaxşı bilirdi. Doğrudur, mütəmadi olaraq kabuslarla salamlaşan Co Bayden müqavimət göstərə bilmədi və çox məxfi məlumatları açıqladı. Fevralın 7-də, yəni xüsusi hərbi əməliyyatın başlamasına düz iki həftə qalmış Bayden açıq şəkildə bəyan etdi ki, Rusiya ordusu Ukrayna sərhədini keçərsə, "Şimal axını 2" məhv ediləcək. Daha əvvəl, yanvarın 28-də Viktoriya Nuland ağzından söz qaçırdı. O, bildirdi ki, qaz kəməri heç vaxt işə salınmayacaq və ruslar bu kəməri qazla deyil, araqla təmin etsələr, daha yaxşı olar.
İkincisi, ən çox maraqlanan ölkələrin rəhbərləri, xüsusən də Almaniya kansleri Olaf Şolts məxfi kanallar vasitəsilə planlaşdırılan partlayışla bağlı məlumatlandırılıb. Həm də bu məlumat onlara ən böyük nemət kimi təqdim olunub. Sentyabrın 22-də "Şimal axını 2" partladıldı, oktyabrın 3-də isə dövlət katibi Blinken bunu söylədi: "Nəhayət, Avropa Putinin imperiya silahı kimi istifadə etdiyi ucuz Rusiya qazından tam asılılıqdan qurtula biləcək."
Əslində, yuxarıda təsvir edilən hər şey açıq bir sirr idi və yalnız təhqiqatın nəticələrinə əsaslanan rəsmi tanınma ilə bağlı idi, lakin bu, ilbiz sürəti ilə süründürülür və nümayişkaranə şəkildə sabotaj edilirdi. Cəmi bir neçə gün əvvəl isə Danimarka Rusiya tərəfini onun nəticələri ilə tanış etməkdən rəsmən imtina etmişdi və Seymur Herşin informasiya bombası olmasaydı, hər şey aşkar, lakin hüquqi cəhətdən formalaşmamış təsdiq səviyyəsində qalacaqdı.
Son dərəcə aydındır ki, hazırda Qərbdə məqalənin müəllifini gözdən salmaq, bu, faktın üzərini maksimum dərəcədə ört-basdır etmək və diqqəti bir çox xırda, hətta tamamilə əhəmiyyətsiz detallara yönəltmək üçün üçün titanik kampaniya başlanacaq.
Doğrudur, burada müəyyən çətinlik var.
Seymur Herş sadəcə jurnalist deyil - o, Qərb jurnalistikasının əsl kumiri və sütunudur. Onun əsərləri azad və müstəqil jurnalistikanın nümunəsi kimi universitetlərdə öyrənilir, əsərləri böyük tirajlarla çap olunur. 1970-ci ildə Vyetnamın Sonqmi kəndində baş vermiş dəhşətli cinayəti ictimaiyyətin diqqətinə çatdıran Herş olub. Bir il əvvəl orada amerikalı əsgərlər 210-u uşaq olmaqla 504 mülki vətəndaşa işgəncə verib, zorlayıb, sonra isə güllələmişdilər. Sonrakı araşdırma göstərdi ki, kənddə nə əsgər, nə də silah olmayıb. Baş verənlərin hamısı isə, sadəcə, heyvani və əsassız qəddarlıq aktı olub. Gördüyü işlərə görə Herş "Pulitser" mükafatı aldı, bütün müharibə cinayətkarları isə bəraət aldılar. Yeganə üç illik ev dustaqlığı cəzası leytenant Uilyam Kelliyə verildi ki, o da sonradan hökumət tərəfindən əfv edildi.
Herşin materiallarını həm də ona görə bir kənara qoymaq olmaz ki, o, jurnalistika sahəsindəki əsas mükafatla yanaşı, dörd dəfə Corc Polk mükafatına (Lonq-Aylend Universiteti tərəfindən ən yaxşı jurnalistlərə verilir), insan hüquqları sahəsində Letelyer-Moffitt mükafatına, həmçinin, Sem Adams mükafatına layiq görülüb. Sonuncu yalnız dürüstlük və etika mövqeyi tutmuş kəşfiyyatçılara verilir - məsələn, onu Edvard Snouden bir dəfə alıb. Deməli, Seymur Herş sadəcə jurnalist deyil, o, xüsusi xidmət orqanları ilə qarşılıqlı əlaqəsini danmaq mümkün olmayan bir şəxsdir ki, bu da onun ifşasına daha da ağır çəki və alov əlavə edir.
Bu inanılmaz dərəcədə dürüst insana qarşıdan gələn fırtınaya tab gətirməsini arzu etmək istəyirəm. Səbəb - amerikan adət-ənənəsinə görə, belə adamların hamısı qəfildən ölür və ya həbsxanaya düşürlər, çünki birdən-birə qırx il bundan əvvəl onların bir qulluqçuya təcavüz etdikləri ortaya çıxır.
Xəbər lenti
0