https://sputnik.az/20230209/susada-turk-dunyasi-xalqlarinin-kulinariya-gunleri-kecirilecek-451591393.html
Şuşada türk dünyası xalqlarının kulinariya günləri keçiriləcək
Şuşada türk dünyası xalqlarının kulinariya günləri keçiriləcək
Sputnik Azərbaycan
Türk dünyası dövlətlərinin aktiv və mədəni turizm sahəsində səyahətçi, bloger və digər şəxslərin Şuşaya səfərlərinin təşkili planlaşdırılır. 09.02.2023, Sputnik Azərbaycan
2023-02-09T23:50+0400
2023-02-09T23:50+0400
2023-02-09T23:50+0400
şuşa
azərbaycan xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441918216_0:67:1280:787_1920x0_80_0_0_c74c1dc59cc63241c17388131a254852.jpg
BAKI, 9 fevral — Sputnik. Bu il Şuşada türk dünyası xalqlarının adət və ənənələrini özündə əks etdirən tədbirlər təşkil ediləcək. Bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb. Həmçinin türk dünyası xalqlarına məxsus qədim idman növlərinin nümayiş etdirilməsi, türk dünyası xalqlarının kulinariya günlərinin keçirilməsi, Türk dünyası dövlətlərinin aktiv və mədəni turizm sahəsində səyahətçi, bloger və digər şəxslərin Şuşaya səfərlərinin təşkili planlaşdırılır. Eyni zamanda il ərzində "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı" ili çərçivəsində beynəlxalq konfrans, elmi seminar və digər tədbirlər keçiriləcək. "Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış" mövzusunda beynəlxalq konfrans, "Əhməd bəy Ağaoğlu və Türk dünyası" mövzusunda beynəlxalq konfrans, "Şuşa Türk dünyası tarixində" mövzusunda beynəlxalq konfrans, "Orta əsr mənbələrində və müasir dövr tədqiqatlarında Qarabağ və Şuşa" mövzusunda elmi seminar keçiriləcək və "Xarıbülbül əfsanəsi" sənədli filminin təqdimatı olacaq. Tədbirlərin icraçı orqanları Gənclər və İdman Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Xarici İşlər Nazirliyidir.
https://sputnik.az/20230209/susa---turk-dunyasinin-medeniyyet-paytaxti-2023-cercivesinde-hansi-tedbirler-bas-tutub-451588562.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441918216_71:0:1210:854_1920x0_80_0_0_53d68eb56e545c6b0e0be0abd592a8e2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şuşa
Şuşada türk dünyası xalqlarının kulinariya günləri keçiriləcək
Türk dünyası dövlətlərinin aktiv və mədəni turizm sahəsində səyahətçi, bloger və digər şəxslərin Şuşaya səfərlərinin təşkili planlaşdırılır.
BAKI, 9 fevral — Sputnik. Bu il Şuşada türk dünyası xalqlarının adət və ənənələrini özündə əks etdirən tədbirlər təşkil ediləcək.
Bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.
Həmçinin türk dünyası xalqlarına məxsus qədim idman növlərinin nümayiş etdirilməsi, türk dünyası xalqlarının kulinariya günlərinin keçirilməsi, Türk dünyası dövlətlərinin aktiv və mədəni turizm sahəsində səyahətçi, bloger və digər şəxslərin Şuşaya səfərlərinin təşkili planlaşdırılır.
Eyni zamanda il ərzində "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı" ili çərçivəsində beynəlxalq konfrans, elmi seminar və digər tədbirlər keçiriləcək. "Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış" mövzusunda beynəlxalq konfrans, "Əhməd bəy Ağaoğlu və Türk dünyası" mövzusunda beynəlxalq konfrans, "Şuşa Türk dünyası tarixində" mövzusunda beynəlxalq konfrans, "Orta əsr mənbələrində və müasir dövr tədqiqatlarında Qarabağ və Şuşa" mövzusunda elmi seminar keçiriləcək və "Xarıbülbül əfsanəsi" sənədli filminin təqdimatı olacaq.
Tədbirlərin icraçı orqanları Gənclər və İdman Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Xarici İşlər Nazirliyidir.