Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

"Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023" çərçivəsində hansı tədbirlər olacaq?

© Sputnik / Murad OrujovŞuşaya mənzərə
Şuşaya mənzərə - Sputnik Azərbaycan, 1920, 09.02.2023
Abunə olmaq
Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılmış vəsaitlər və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdiriləcək.
BAKI, 9 fevral — Sputnik. Baş nazir Əli Əsədov "Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üzrə əlaqələndirici orqan Mədəniyyət Nazirliyi müəyyən edilib.
Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılmış vəsaitlər və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdiriləcək.
"Xarıbülbül" VI Beynəlxalq Folklor Festivalının keçiriləcəyi tarix məlum olub. Festival bu ilin mayında keçiriləcək.
Bundan başqa, "Qorqud Ata Türk Dünyası" Film Festivalı da keçiriləcək. Tədbirlər Planına əsasən, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi 2023-cü ilin oktyabr ayında Şuşada "Qorqud Ata Türk Dünyası" Film Festivalının keçirilməsini təmin etməlidir.
Tədbirlər Planına əsasən, 2023-cü il il ərzində Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi tərəfindən "Xarıbülbül əfsanəsi" sənədli filminin təqdimatı keçiriləcək.
"Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023" ilinin rəsmi açılışı mərasiminin vaxtı məlum olub. Rəsmi açılış bu ilin mart ayında olacaq. Bağlanış mərasiminin isə noyabr-dekabr aylarında olacağı nəzərdə tutulub.
Bundan başqa, bu il Şuşa şəhərində beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək. Plana əsasən, Elm və Təhsil Nazirliyi, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi icraçı orqan kimi müəyyənləşib.
Xəbər lenti
0