https://sputnik.az/20230209/azerbaycanin-3-bokscusu-qizil-kemer-seriyasinda-finala-yukselib-451577035.html
Azərbaycanın 3 boksçusu Qızıl kəmər seriyasında finala yüksəlib
Azərbaycanın 3 boksçusu Qızıl kəmər seriyasında finala yüksəlib
Sputnik Azərbaycan
Yığmamızın digər boksçuları Məsud Yusifzadə (51 kq) və Sərxan Əliyev (71 kq) isə turniri bürünc medalla başa vurub. Onlar müvafiq olaraq, Martin Molina... 09.02.2023, Sputnik Azərbaycan
2023-02-09T12:55+0400
2023-02-09T12:55+0400
2023-02-09T12:55+0400
boks
idman
https://cdnn1.img.sputnik.az/img/42270/02/422700281_0:320:3073:2048_1920x0_80_0_0_634c76fa1f23cfc226ba0f41d460d79d.jpg
BAKI, 9 fevral — Sputnik. Mərakeşdə boks üzrə Qızıl kəmər seriyası çərçivəsində ilin ilk turnirində yarımfinal mərhələsi başa çatıb. Azərbaycan millisinin 3 üzvü qələbə qazanaraq finala vəsiqə qazanıb. 57 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov Jan Kaysedonun (Ekvador) ardınca italiyalı Françesko İozia ilə döyüşüb. Yarımfinal görüşü həmyerlimizin qələbəsi ilə başa çatıb. O, rəqibini 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib. Rüstəmov çempionluq uğrunda Eduard Savvinlə (Rusiya) qarşılaşacaq. Nəbi İsgəndərov (67 kq) ardıcıl üçüncü görüşündə də inamlı qələbə qazanıb. Avropa çempionatının mükafatçısı Atomani Barouf (Komor adaları) və Selbi Dlamini Tabisonun (Esvatini) ardınca Abdulhakim Akramı (Seyşel adaları) da rinqdən məyus yola salıb. Gəncə boks məktəbinin yetirməsi bu dəfə ikinci raundda tam üstünlüklə qalib gəlib. İsgəndərov finalda Tarxan İdiqovla (Rusiya) üz-üzə gələcək. Alfonso Dominqes (86 kq) də qızıl medal uğrunda döyüşə vəsiqə qazanıb. Dünya çempionumuz yarımfinalda Endi Lesmesdən (İspaniya) üstün olub. O, rəqibini 4:1 (29:28, 29:28, 27:30, 29:27, 29:28) hesabı ilə məğlub edib. Dominqes qızıl medal uğrunda Şarabutdin Atayevlə (Rusiya) döyüşəcək. Yığmamızın digər boksçuları Məsud Yusifzadə (51 kq) və Sərxan Əliyev (71 kq) isə turniri bürünc medalla başa vurub. Onlar müvafiq olaraq, Martin Molina (İspaniya) və Stiv Kulenqulukla (Konqo Demokratik Respublikası) qarşılaşıblar və rəqib finala yüksəlib. Qeyd edək ki, 34 ölkədən 201 boksçunun (119 kişi, 82 qadın) qatıldığı yarışda final döyüşləri fevralın 10-da olacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42270/02/422700281_0:0:2731:2048_1920x0_80_0_0_d41e6ff7b5a5e5da72a0f597419f366f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
boks
Azərbaycanın 3 boksçusu Qızıl kəmər seriyasında finala yüksəlib
Yığmamızın digər boksçuları Məsud Yusifzadə (51 kq) və Sərxan Əliyev (71 kq) isə turniri bürünc medalla başa vurub. Onlar müvafiq olaraq, Martin Molina (İspaniya) və Stiv Kulenqulukla (Konqo Demokratik Respublikası) qarşılaşıblar və rəqib finala yüksəlib.
BAKI, 9 fevral — Sputnik. Mərakeşdə boks üzrə Qızıl kəmər seriyası çərçivəsində ilin ilk turnirində yarımfinal mərhələsi başa çatıb. Azərbaycan millisinin 3 üzvü qələbə qazanaraq finala vəsiqə qazanıb.
57 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov Jan Kaysedonun (Ekvador) ardınca italiyalı Françesko İozia ilə döyüşüb. Yarımfinal görüşü həmyerlimizin qələbəsi ilə başa çatıb. O, rəqibini 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib. Rüstəmov çempionluq uğrunda Eduard Savvinlə (Rusiya) qarşılaşacaq.
Nəbi İsgəndərov (67 kq) ardıcıl üçüncü görüşündə də inamlı qələbə qazanıb. Avropa çempionatının mükafatçısı Atomani Barouf (Komor adaları) və Selbi Dlamini Tabisonun (Esvatini) ardınca Abdulhakim Akramı (Seyşel adaları) da rinqdən məyus yola salıb. Gəncə boks məktəbinin yetirməsi bu dəfə ikinci raundda tam üstünlüklə qalib gəlib. İsgəndərov finalda Tarxan İdiqovla (Rusiya) üz-üzə gələcək.
Alfonso Dominqes (86 kq) də qızıl medal uğrunda döyüşə vəsiqə qazanıb. Dünya çempionumuz yarımfinalda Endi Lesmesdən (İspaniya) üstün olub. O, rəqibini 4:1 (29:28, 29:28, 27:30, 29:27, 29:28) hesabı ilə məğlub edib. Dominqes qızıl medal uğrunda Şarabutdin Atayevlə (Rusiya) döyüşəcək.
Yığmamızın digər boksçuları Məsud Yusifzadə (51 kq) və Sərxan Əliyev (71 kq) isə turniri bürünc medalla başa vurub. Onlar müvafiq olaraq, Martin Molina (İspaniya) və Stiv Kulenqulukla (Konqo Demokratik Respublikası) qarşılaşıblar və rəqib finala yüksəlib.
Qeyd edək ki, 34 ölkədən 201 boksçunun (119 kişi, 82 qadın) qatıldığı yarışda final döyüşləri fevralın 10-da olacaq.