Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Tanınmış rusiyalı mütəxəssis Azərbaycan idmançıları ilə çalışacaq

© Sputnik / Максим Богодвид / Mediabanka keçidSuya tullanma
Suya tullanma - Sputnik Azərbaycan, 1920, 08.02.2023
Abunə olmaq
Məşhur "Ulduzlarla suya tullanma" televiziya layihəsinin iştirakçısı Azərbaycanın gənc idmançılarını beynəlxalq turnirlərdə uğurlu çıxış etməyə hazırlamaq niyyətindədir.
BAKI, 8 fevral — Sputnik. Tanınmış rusiyalı məşqçi, məşhur "Ulduzlarla suya tullanma" televiziya layihəsinin iştirakçısı Azərbaycan idmançılarına suya tullanmaq üzrə məşqlər keçəcək. Bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.
Milli Federasiya Rusiyanın tanınmış suya tullanma üzrə mütəxəssisi Mixail Mayorovla müqavilə bağlayıb və o, bir il ərzində gənc azərbaycanlı idmançılarla işləyəcək.
37 yaşlı mütəxəssis ümumrusiya yarışlarında çoxlu qələbələr, eləcə də Avropa Çempionatında gümüş medal qazanıb. İdman karyerasını bitirdikdən sonra məşqçilik fəaliyyətinə başlayan Mayorov Moskvanın ən yaxşı fitness klubları şəbəkəsi olan "WorldClass"da su proqramlarının rəhbəri olub. Yeri gəlmişkən, şəbəkə müştəriləri qeyd edirlər ki, Mayorov "həqiqətən də hədəflərə çatmağa kömək edir", "öz üzərində işləməyə motivasiya edir", "məşqlərə yaradıcı yanaşır". Bundan əlavə, o, məşhur "Ulduzlarla suya tullanma" televiziya layihəsinin üzvü olub.
Müqavilənin şərtlərinə əsasən, Mayorov bu idman növünün Azərbaycanda inkişafına və populyarlaşmasına kömək etməli olacaq. Mütəxəssisin sözlərinə görə, federasiya rəhbərliyinin qarşısına qoyduğu əsas vəzifə uşaqları və yeniyetmələri suya tullanma ilə məşğul olmağa cəlb etmək, həmçinin Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edəcək idmançılar yetişdirməkdir.

"Bu gün Azərbaycan belə gözəl və eyni zamanda mürəkkəb idman növünün inkişafı üçün perspektivli ölkədir. Əla isti iqlim və lazımi dövlət dəstəyi idmanın inkişafını təmin edir. Ölkədə həmçinin suya tullanmanın inkişafı üçün müasir avadanlıqla təchiz olunmuş yaxşı idman kompleksləri də var", - deyə Mayorov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda digər su idman növlərinin - üzgüçülük, sinxron üzgüçülük, su polosunun inkişafı üçün şərait var.
"Mənim minimum planım uşaq və yeniyetmələrdə suya tullanma sevgisini aşılamaq, onlara gözəl elementləri yerinə yetirməyi öyrətmək, dünya və Avropa çempionatlarında yüksək yerlər tutmaq perspektivi ilə beynəlxalq yarışların qaliblərini hazırlamaqdır", - deyə idmançı vurğulayıb.
Xəbər lenti
0