https://sputnik.az/20230206/turkiyede-bas-veren-zelzele-azerbaycana-tesir-ede-bilermi-resmi-aciqlama-451446295.html
Türkiyədə baş verən zəlzələ Azərbaycana təsir edə bilərmi? Rəsmi açıqlama
Türkiyədə baş verən zəlzələ Azərbaycana təsir edə bilərmi? Rəsmi açıqlama
Sputnik Azərbaycan
Qurban Yetirmişli bildirib ki, geoloji və tektonik quruluşca tamam başqa regiondur. 06.02.2023, Sputnik Azərbaycan
2023-02-06T10:38+0400
2023-02-06T10:38+0400
2023-02-06T10:38+0400
zəlzələ
azərbaycan xəbərləri
qurban yetirmişli
https://cdnn1.img.sputnik.az/img/07e7/02/06/451444367_0:160:3072:1888_1920x0_80_0_0_79d664e9abdf219c08cc7548abdfa828.jpg
BAKI, 6 fevral — Sputnik. Türkiyədə bu gün baş verən zəlzələ Azərbaycanda da narahatlığa səbəb olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Türkiyədə baş verən zəlzələnin Azərbaycana təhlükəsi ola bilməz. "Geoloji və tektonik quruluşca tamam başqa regiondur. Qırılmalarla əlaqədar Azərbaycan ərazisində olan seysmogen bölgələrdə zəlzələ ocaqlarını oyatma ehtimalı yoxdur", - deyə Q.Yetirmişli bildirib. Mərkəz rəhbəri əlavə edib ki, Azərbaycanda onsuz da hər gün kiçik maqnitudalı zəlzələlər baş verir: "Hər gün kiçik təkanlarla müşayiət olunan 20-30 zəlzələ olur. Onun hiss olunanı da olur, hiss olunmayanı da. Yaxın günlər üçün Azərbaycanda dağıdıcı katostrofik zəlzələ gözlənilmir". Qeyd edək ki, bu ilin yanvarın 28-də Naxçıvan seysmoloji stansiyasından 100 kilometr cənub-qərbdə - Türkiyə-İran sərhədində zəlzələ baş verib. Maqnitudası 5.9-a bərabər olan zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub. Bundan əvvəl isə Gürcüstan-Azərbaycan sərhədində də zəlzələ olub. Təkanlar Zaqatala stansiyasından 29 km şimal-qərbdə Gürcüstan-Azərbaycan sərhəddində qeydə alınıb. Zəlzələ episentrdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub. Məlumat üçün bildirək ki, yanvarın 29-da İranın Xoy şəhəri yaxınlığında 4,5 bal gücündə zəlzələ baş verib. Bu gün isə Türkiyədə Bakı vaxtı ilə saat 07.30-a olan məlumata əsasən, 7 şəhərdə 7.4 maqnitudalı zəlzələ baş verib. Hadisə nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
https://sputnik.az/20230206/turkiyede-74-bal-gucunde-zelzele-olub-cox-sayda-olen-ve-yaralananlar-var-451441418.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/06/451444367_171:0:2902:2048_1920x0_80_0_0_b8dfae4dea93a451079eb97c4d348682.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
zəlzələ, qurban yetirmişli
zəlzələ, qurban yetirmişli
Türkiyədə baş verən zəlzələ Azərbaycana təsir edə bilərmi? Rəsmi açıqlama
Qurban Yetirmişli bildirib ki, geoloji və tektonik quruluşca tamam başqa regiondur.
BAKI, 6 fevral — Sputnik. Türkiyədə bu gün baş verən zəlzələ Azərbaycanda da narahatlığa səbəb olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Türkiyədə baş verən zəlzələnin Azərbaycana təhlükəsi ola bilməz.
"Geoloji və tektonik quruluşca tamam başqa regiondur. Qırılmalarla əlaqədar Azərbaycan ərazisində olan seysmogen bölgələrdə zəlzələ ocaqlarını oyatma ehtimalı yoxdur", - deyə Q.Yetirmişli bildirib.
Mərkəz rəhbəri əlavə edib ki, Azərbaycanda onsuz da hər gün kiçik maqnitudalı zəlzələlər baş verir: "Hər gün kiçik təkanlarla müşayiət olunan 20-30 zəlzələ olur. Onun hiss olunanı da olur, hiss olunmayanı da. Yaxın günlər üçün Azərbaycanda dağıdıcı katostrofik zəlzələ gözlənilmir".
Qeyd edək ki, bu ilin yanvarın 28-də Naxçıvan seysmoloji stansiyasından 100 kilometr cənub-qərbdə - Türkiyə-İran sərhədində zəlzələ baş verib. Maqnitudası 5.9-a bərabər olan zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub.
Bundan əvvəl isə Gürcüstan-Azərbaycan sərhədində də zəlzələ olub. Təkanlar Zaqatala stansiyasından 29 km şimal-qərbdə Gürcüstan-Azərbaycan sərhəddində qeydə alınıb. Zəlzələ episentrdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub.
Məlumat üçün bildirək ki, yanvarın 29-da İranın Xoy şəhəri yaxınlığında 4,5 bal gücündə zəlzələ baş verib.
Bu gün isə Türkiyədə Bakı vaxtı ilə saat 07.30-a olan məlumata əsasən, 7 şəhərdə 7.4 maqnitudalı zəlzələ baş verib. Hadisə nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.