FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Türkiyədə 7.4 bal gücündə zəlzələ olub: Çox sayda ölən və yaralananlar var

Abunə olmaq
Türkiyənin vitse-prezidenti Fuat Oktay 284 nəfərin həyatını itirdiyini, 2323 nəfərin yaralandığını, 1710 nəfərin dağıntılar altında qaldığını bildirib.
BAKI, 6 fevral — Sputnik. Türkiyənin vitse-prezidenti Fuat Oktay Kahramanmaraş bölgəsində zəlzələ nəticəsində 10 rayonda 284 nəfərin həyatını itirdiyini, 2323 nəfərin yaralandığını açıqlayıb. Bu barədə Türkiyə mediası məlumat yayıb.
© AFP 2023 / ILYAS AKENGIN

Türkiyədə zəlzələnin fəsadları.

Türkiyədə zəlzələnin fəsadları. - Sputnik Azərbaycan
1/10

Türkiyədə zəlzələnin fəsadları.

© AFP 2023 / ILYAS AKENGIN

Türkiyədə zəlzələnin fəsadları.

Türkiyədə zəlzələnin fəsadları. - Sputnik Azərbaycan
2/10

Türkiyədə zəlzələnin fəsadları.

© AFP 2023 / ILYAS AKENGIN

Türkiyədə zəlzələnin fəsadları.

Türkiyədə zəlzələnin fəsadları. - Sputnik Azərbaycan
3/10

Türkiyədə zəlzələnin fəsadları.

© Photo : REPORT

Azərbaycanın xilasetmə qrupu Türkiyəyə çatıb.

Azərbaycanın xilasetmə qrupu Türkiyəyə çatıb. - Sputnik Azərbaycan
4/10

Azərbaycanın xilasetmə qrupu Türkiyəyə çatıb.

© IHA agency via AP

Türkiyədə zəlzələnin fəsadları.

Türkiyədə zəlzələnin fəsadları. - Sputnik Azərbaycan
5/10

Türkiyədə zəlzələnin fəsadları.

© IHA agency via AP

Türkiyədə zəlzələnin fəsadları.

Türkiyədə zəlzələnin fəsadları. - Sputnik Azərbaycan
6/10

Türkiyədə zəlzələnin fəsadları.

© AP Photo / Ghaith Alsayed

Türkiyədə zəlzələnin fəsadları.

Türkiyədə zəlzələnin fəsadları. - Sputnik Azərbaycan
7/10

Türkiyədə zəlzələnin fəsadları.

© AP Photo / Mahmut Bozarsan

Türkiyədə zəlzələnin fəsadları.

Türkiyədə zəlzələnin fəsadları. - Sputnik Azərbaycan
8/10

Türkiyədə zəlzələnin fəsadları.

Türkiyədə zəlzələnin fəsadları.

Türkiyədə zəlzələnin fəsadları. - Sputnik Azərbaycan
9/10

Türkiyədə zəlzələnin fəsadları.

© AP Photo / Hussein Malla

Türkiyədə zəlzələnin fəsadları.

Türkiyədə zəlzələnin fəsadları. - Sputnik Azərbaycan
10/10

Türkiyədə zəlzələnin fəsadları.

F.Oktay bildirib ki, 1710 nəfər dağıntılar altında qalıb.
Qeyd edək ki, Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal gücündə zəlzələ baş verib. Kahramanmaraşda baş verən zəlzələ Türkiyənin 4 vilayətində hiss edilib. Türkiyənin cənub-şərqində baş verən zəlzələdən sonra Diyarbəkir vilayətində 8 mərtəbəli bina uçub. Türkiyənin cənubundakı Adana şəhərində güclü zəlzələ nəticəsində üç hündürmərtəbəli yaşayış binası tamamilə dağılıb.
***
Türkiyədə Bakı vaxtı ilə saat 07.30-a olan məlumata əsasən, 7 şəhərdə 7.4 maqnitudalı zəlzələ baş verib. Hadisə nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.
Şiddətli yeraltı təkanların Suriyada, Livanda və İsraildə də hiss edildiyi bildirilir.
Türkiyə şiddətli zəlzələdən sonra beynəlxalq yardım üçün çağırış edib.
Bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
"Dördüncü səviyyədə həyəcan vermişik. Bu, özündə beynəlxalq yardımı ehtiva edən həyəcan təbilidir", - deyə DİN başçısı bildirib.
Suriyada da güclü zəlzələ baş verib
Ocağı Türkiyədə qeydə alınan 7.4 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.
“Al Jazeera”nın yaydığı məlumata görə, dağıntılar ölkənin əsasən Hələb və İdlib bölgələrində qeydə alınıb.
Ölkənin Səhiyyə Nazirliyindən bildirilib ki, Hələb, İdlib, Latakiya və Həma əyalətlərində dağılmış binaların altında onlarla adam qalıb. 400-ə yaxın adam dağıntıların altından çıxarılıb.
Səhiyyə Nazirliyi Suriyada zəlzələ qurbanlarının sayının 237-yə yüksəldiyini, 639 nəfər yaralının olduğunu bildirib.
Xəbər lenti
0