https://sputnik.az/20230206/azerbaycan-boksculari-yarimfinala-yukselibler-451454884.html
Azərbaycan boksçuları yarımfinala yüksəliblər
Azərbaycan boksçuları yarımfinala yüksəliblər
Sputnik Azərbaycan
67 kq-da Nəbi İsgəndərov və 71 kq-da Sərxan Əliyev ən güclü 4 boksçu arasına düşməklə bürünc medalı təmin ediblər. 06.02.2023, Sputnik Azərbaycan
2023-02-06T20:45+0400
2023-02-06T20:45+0400
2023-02-06T20:45+0400
boks
idman
https://cdnn1.img.sputnik.az/img/42216/17/422161750_0:160:3073:1888_1920x0_80_0_0_80339d742b0b10dd2d460c06c8b03e67.jpg
BAKI, 6 fevral — Sputnik. Azərbaycanın 2 boksçusu Mərakeşdə Qızıl kəmər seriyası çərçivəsində keçirilən turnirdə yarımfinala yüksəlib. Federasiyadan verilən məlumata görə, 67 kq-da Nəbi İsgəndərov və 71 kq-da Sərxan Əliyev ən güclü 4 boksçu arasına düşməklə bürünc medalı təmin ediblər. İsgəndərov Atomani Baroufun (Komor adaları) ardınca 1/4 finalda Selbi Dlamini Tabisoya (Esvatini) da qalib gəlib. Avropa çempionatının mükafatçısı yenə 5:0 (30:26, 30:27, 30:25, 30:26, 29:28) hesablı qələbə sayəsində mərhələ adlayıb. O, yarımfinalda Abdulhakim Akramla (Seyşel adaları) münasibətinə aydınlıq gətirəcək. Əliyev Sarohatua Lumbantobinqin (İndoneziya) ardınca Alimami Kristian Toması (Sierra Leone) da məğlub edib - 5:0 (30:26, 30:27, 30:27, 30:27, 30:26). Dünya çempionatının bürünc medalçısı finala vəsiqə uğrunda Stiv Kulenquluka (Konqo Demokratik Respublikası) ilə qüvvəsini sınayacaq. Digər boksçulardan Tayfur Əliyev (60 kq) Vsevolod Şumkovla (Rusiya), Məhəmməd Abdullayev (+92 kq) Dieqo Lensi (İtaliya) ilə qarşılaşıb. Rəqiblər mərhələ adladığından Azərbaycan təmsilçiləri 5-ci yeri tutublar. Bu mövqe onların hərəsinə 400 reytinq xalı qazandırıb. Qeyd edək ki, yarışın 5-ci günündə 1/4 final mərhələsində yığmanın daha 3 üzvü rinqə çıxacaq. Məsud Yusifzadə (51 kq) Duqlas Trindadeni (Braziliya), Ümid Rüstəmov (57 kq) Jan Kaysedonu (Ekvador) və Malik Həsənov (63,5 kq) Qabil Məmmədovu (Rusiya) sınağa çəkəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42216/17/422161750_170:0:2901:2048_1920x0_80_0_0_f53429e0f1b7ef58aa3881aa33ff2b70.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
boks
Azərbaycan boksçuları yarımfinala yüksəliblər
67 kq-da Nəbi İsgəndərov və 71 kq-da Sərxan Əliyev ən güclü 4 boksçu arasına düşməklə bürünc medalı təmin ediblər.
BAKI, 6 fevral — Sputnik. Azərbaycanın 2 boksçusu Mərakeşdə Qızıl kəmər seriyası çərçivəsində keçirilən turnirdə yarımfinala yüksəlib.
Federasiyadan verilən məlumata görə, 67 kq-da Nəbi İsgəndərov və 71 kq-da Sərxan Əliyev ən güclü 4 boksçu arasına düşməklə bürünc medalı təmin ediblər.
İsgəndərov Atomani Baroufun (Komor adaları) ardınca 1/4 finalda Selbi Dlamini Tabisoya (Esvatini) da qalib gəlib. Avropa çempionatının mükafatçısı yenə 5:0 (30:26, 30:27, 30:25, 30:26, 29:28) hesablı qələbə sayəsində mərhələ adlayıb. O, yarımfinalda Abdulhakim Akramla (Seyşel adaları) münasibətinə aydınlıq gətirəcək.
Əliyev Sarohatua Lumbantobinqin (İndoneziya) ardınca Alimami Kristian Toması (Sierra Leone) da məğlub edib - 5:0 (30:26, 30:27, 30:27, 30:27, 30:26). Dünya çempionatının bürünc medalçısı finala vəsiqə uğrunda Stiv Kulenquluka (Konqo Demokratik Respublikası) ilə qüvvəsini sınayacaq.
Digər boksçulardan Tayfur Əliyev (60 kq) Vsevolod Şumkovla (Rusiya), Məhəmməd Abdullayev (+92 kq) Dieqo Lensi (İtaliya) ilə qarşılaşıb. Rəqiblər mərhələ adladığından Azərbaycan təmsilçiləri 5-ci yeri tutublar. Bu mövqe onların hərəsinə 400 reytinq xalı qazandırıb.
Qeyd edək ki, yarışın 5-ci günündə 1/4 final mərhələsində yığmanın daha 3 üzvü rinqə çıxacaq. Məsud Yusifzadə (51 kq) Duqlas Trindadeni (Braziliya), Ümid Rüstəmov (57 kq) Jan Kaysedonu (Ekvador) və Malik Həsənov (63,5 kq) Qabil Məmmədovu (Rusiya) sınağa çəkəcək.