Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanın 6 cüdoçusu medal qazana bilər

© AFP 2024 / OLIVIER MORINcüdo
cüdo - Sputnik Azərbaycan, 1920, 05.02.2023
Abunə olmaq
Böyük Dəbilqənin ilk günündə Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb.
BAKI, 5 fevral — Sputnik. Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqə yarışının son günündə Azərbaycanın altı cüdoçusu mübarizə aparacaq. 81 kq çəki dərəcəsində iki idmançı yarışacaq.
1/32 finalda Elcan Hacıyev dominikanlı Medikson Del Obre Kortorreal, Zelim Tçkayev isə polşalı Pavel Drzmalı (Polşa) sınağa çəkəcək. Hacıyev cütün qalibi olsa, növbəti raundda Türkiyə təmsilçisi Vedat Albayrakla qarşılaşacaq.
90 kq-da yarışacaq Murad Fətiyevin 1/32 finalda rəqibi Aydar Arapov (Qazaxıstan) olacaq.
Zelim Kotsoyev (100 kq) mübarizəyə 1/16 finaldan başlayacaq. O, fransalı Sedrik Olivarla münasibətlərinə aydınlıq gətirəcək.
+100 kq çəkidə iki cüdoçu medal uğrunda çıxış edəcək. Camal Qamzatxanov 1/32 finalda Bubakar Mane (Qvineya-Bisau) ilə görüşəcək. Bu raunddan azad olan Uşangi Kokaurinin 1/16 finaldakı rəqibi Mark Desçenes (Kanada) - Voytsex Kordyalik (Polşa) cütlüyünün qalibi olacaq.
Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb.
Xəbər lenti
0