https://sputnik.az/20230203/affa-qebele-ve-zirenin-legionerlerini-cezalandirib-451387064.html
AFFA "Qəbələ" və "Zirə"nin legionerlərini cəzalandırıb
AFFA "Qəbələ" və "Zirə"nin legionerlərini cəzalandırıb
Sputnik Azərbaycan
Hər iki legioner qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqları üçün sanksiya ilə üzləşiblər. Onlar eyni zamanda öz klublarını 200 manat ziyana salıblar. 03.02.2023, Sputnik Azərbaycan
2023-02-03T17:24+0400
2023-02-03T17:24+0400
2023-02-03T17:24+0400
affa
idman
futbol
https://cdnn1.img.sputnik.az/img/40657/74/406577450_31:0:1185:649_1920x0_80_0_0_faa8f040fbdf4b20c30c0e80898a2943.jpg
BAKI, 3 fevral — Sputnik. AFFA İntizam Komitəsi "Qəbələ"nin müdafiəçisi Ruan Renato və "Zirə"nin yeni transferi Donald Geryeni 1 oyunluq cəzalandırıb. "Report"un məlumatına görə, buna sözügedən futbolçuların müvafiq olaraq "Sabah" və "Neftçi"yə qarşı Azərbaycan Premyer Liqasının XX tur matçlarındakı davranışları səbəb olub. Hər iki legioner qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqları üçün sanksiya ilə üzləşiblər. Onlar eyni zamanda öz klublarını 200 manat ziyana salıblar. Bundan başqa, "Qəbələ" 4, "Sabah" isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə ayrılıqda 800 manat cərimələnib. Analoji cərimə "Sumqayıt"la matçda 4 futbolçusu xəbərdarlıq alan "Turan Tovuz" və "Kəpəz"lə qarşılaşmada eyni sayda oyunçusu sarı vərəqə görən "Səbail"ə tətbiq olunub. Həmçinin, "ASCO Arena"dakı oyunda meydan sahibləri xərəkdaşıyanların say tərkibini pozduğuna görə klub əlavə 800 manat cərimələnib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40657/74/406577450_175:0:1040:649_1920x0_80_0_0_e273ac21cae02e6efb026855b9c4e9b6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
affa, futbol
AFFA "Qəbələ" və "Zirə"nin legionerlərini cəzalandırıb
Hər iki legioner qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqları üçün sanksiya ilə üzləşiblər. Onlar eyni zamanda öz klublarını 200 manat ziyana salıblar.
BAKI, 3 fevral — Sputnik. AFFA İntizam Komitəsi "Qəbələ"nin müdafiəçisi Ruan Renato və "Zirə"nin yeni transferi Donald Geryeni 1 oyunluq cəzalandırıb.
"Report"un məlumatına görə, buna sözügedən futbolçuların müvafiq olaraq "Sabah" və "Neftçi"yə qarşı Azərbaycan Premyer Liqasının XX tur matçlarındakı davranışları səbəb olub.
Hər iki legioner qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqları üçün sanksiya ilə üzləşiblər. Onlar eyni zamanda öz klublarını 200 manat ziyana salıblar.
Bundan başqa, "Qəbələ" 4, "Sabah" isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə ayrılıqda 800 manat cərimələnib. Analoji cərimə "Sumqayıt"la matçda 4 futbolçusu xəbərdarlıq alan "Turan Tovuz" və "Kəpəz"lə qarşılaşmada eyni sayda oyunçusu sarı vərəqə görən "Səbail"ə tətbiq olunub.
Həmçinin, "ASCO Arena"dakı oyunda meydan sahibləri xərəkdaşıyanların say tərkibini pozduğuna görə klub əlavə 800 manat cərimələnib.