https://sputnik.az/20230202/kend-teserrufati-teyinatli-torpaqlarda-tikilen-evlere-kupca-verile-bilermi-451264747.html
Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən evlərə "kupça" verilə bilərmi?
Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən evlərə "kupça" verilə bilərmi?
Sputnik Azərbaycan
Dövlət Xidməti bəyan edib ki, həmin torpaq sahələrində yaşayış sahələrinin inşa edilməsi qanunvericiliyin müvafiq müddəaları ilə uyğunsuzluq təşkil edir. 02.02.2023, Sputnik Azərbaycan
2023-02-02T10:00+0400
2023-02-02T10:00+0400
2023-02-02T10:00+0400
kupça
cəmiyyət
ev
sənədsiz torpaq
https://cdnn1.img.sputnik.az/img/42252/33/422523366_0:160:3073:1888_1920x0_80_0_0_8b1a954e7fd1e18e21bb8e1a486cc7e5.jpg
BAKI, 2 fevral — Sputnik. 17 min hektar kənd təsərrüfatına aid olan torpaqlarda fərdi evlər tikilib. Bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib. O, bildirib ki, Abşeronda sənədsiz evlərlə bağlı vəziyyət acınaqlı olaraq qalır. "Hökumət bizdən məhsuldarlıq gözləyir. Amma həmin torpaqlarda fərdi evlər tikildiyindən mümkün deyil. Problemlə bağlı hökumətə müraciət etmişik. Bunun kökü icra hakimiyyəti, bələdiyyələrə dayanır. Bu torpaqlar əvvəllər bələdiyyələrin, daha sonra icra hakimiyyətinin səlahiyyətinə verilib. Onlar bu məsələdə məsuliyyət daşıyır. Bununla bağlı bir neçə dəfə müraciət etmişik, amma hələ nəticə yoxdur". Bakıda kənd təsərrüfatı təyinatlı torpaqlarda 470 ev tikilib İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən isə bildirilib ki, 2020-2022-ci illər ərzində ölkə ərazisində aparılmış nəzarət tədbirləri zamanı 2425 fakt üzrə (Bakı şəhəri üzrə 470, digər bölgələr üzrə 1955 və) kənd təsərrüfatı təyinatlı torpaqlarda torpağın məqsədli təyinatından kənar istifadə edilərək fərdi yaşayış evlərinin inşa edilməsi aşkar edilib. Dövlət Xidməti kənd təsərrüfatı təyinatlı torpaqlarda fərdi yaşayış evlərinin inşa edilməsi mövcud qanunvericiliklə inzibati məsuliyyət yaratdığını, həmin şəxslərin cərimələnəcəyini bəyan edib. Bəs görəsən, kənd təsərrüfatlı torpaqlarda inşa olunmuş evlərin taleyi necə olacaq? Sputnik Azərbaycan-ın Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanladığı sorğuya verilən cavabda bildirilib ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13.1-ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir: "Həmin Məcəllənin 13.2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Göründüyü kimi kənd təsərrüfatı təyinatlı torpaq sahələri yaşayış məqsədilə istifadə üçün nəzərdə tutulmadığından, həmin torpaq sahələrində yaşayış sahələrinin inşa edilməsi qanunvericiliyin müvafiq müddəaları ilə uyğunsuzluq təşkil edir". Cərimələnəcəklər...Komitədən həmçinin bildirilib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən torpaqların münbit qatının korlanmasına görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək və 247.2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda (təyinatından kənar) fərdi yaşayış evlərinin inşa edilməsinə münasibətdə yeni və yaxud köhnə tikili olmasından asılı olmayaraq uzanan inzibati xəta olduğundan inzibati tənbeh tədbiri kimi cərimə xətanın aşkar edildiyi vaxtdan tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. "Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2000-ci il tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət Nəzarəti haqqında Əsasnamə"yə əsasən torpaq müfəttişləri tərəfindən 2020-2022-ci illər ərzində ölkə ərazisində aparılmış nəzarət tədbirləri zamanı 2425 fakt üzrə (Bakı şəhəri üzrə 470, digər bölgələr üzrə 1955 və) kənd təsərrüfatı təyinatlı torpaqlarda torpağın məqsədli təyinatından kənar istifadə edilərək fərdi yaşayış evlərinin inşa edilməsi aşkar edilib. Həmin faktlar üzrə torpaq qanunvericiliyinin tələblərini pozan hüquqi və fiziki şəxslər barəsində torpaq müfəttişləri tərəfindən 2020-2022-ci illər ərzində ümumilikdə 1115 inzibati xəta haqqında protokol tərtib edilərək 568 900 manat inzibati cərimə tətbiq edilib. Protokol tərtib edilməmiş digər hallarla bağlı isə bildirilib ki, hüquqi və fiziki şəxslər tərəfindən torpaq sahələrinə dair mülkiyyət, icarə və istifadə hüququ olmayan ərazilərdə aparılmış tikinti faktlarının araşdırılması və səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsi məqsədilə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aidiyyəti üzrə daxili işlər orqanlarına məktublar göndərilib" deyə rəsmi qurum bildirib.
https://sputnik.az/20230201/senedsiz-evlere-nece-cixaris-almaq-olardovlet-qurumu-aciqladi-451264430.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42252/33/422523366_170:0:2901:2048_1920x0_80_0_0_137097a6f7a776a9a1b04d32bb17aae7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
kupça, ev, sənədsiz torpaq
kupça, ev, sənədsiz torpaq
Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən evlərə "kupça" verilə bilərmi?
Dövlət Xidməti bəyan edib ki, həmin torpaq sahələrində yaşayış sahələrinin inşa edilməsi qanunvericiliyin müvafiq müddəaları ilə uyğunsuzluq təşkil edir.
BAKI, 2 fevral — Sputnik. 17 min hektar kənd təsərrüfatına aid olan torpaqlarda fərdi evlər tikilib. Bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib. O, bildirib ki, Abşeronda sənədsiz evlərlə bağlı vəziyyət acınaqlı olaraq qalır. "Hökumət bizdən məhsuldarlıq gözləyir. Amma həmin torpaqlarda fərdi evlər tikildiyindən mümkün deyil. Problemlə bağlı hökumətə müraciət etmişik. Bunun kökü icra hakimiyyəti, bələdiyyələrə dayanır. Bu torpaqlar əvvəllər bələdiyyələrin, daha sonra icra hakimiyyətinin səlahiyyətinə verilib. Onlar bu məsələdə məsuliyyət daşıyır. Bununla bağlı bir neçə dəfə müraciət etmişik, amma hələ nəticə yoxdur".
Bakıda kənd təsərrüfatı təyinatlı torpaqlarda 470 ev tikilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən isə bildirilib ki, 2020-2022-ci illər ərzində ölkə ərazisində aparılmış nəzarət tədbirləri zamanı 2425 fakt üzrə (Bakı şəhəri üzrə 470, digər bölgələr üzrə 1955 və) kənd təsərrüfatı təyinatlı torpaqlarda torpağın məqsədli təyinatından kənar istifadə edilərək fərdi yaşayış evlərinin inşa edilməsi aşkar edilib. Dövlət Xidməti kənd təsərrüfatı təyinatlı torpaqlarda fərdi yaşayış evlərinin inşa edilməsi mövcud qanunvericiliklə inzibati məsuliyyət yaratdığını, həmin şəxslərin cərimələnəcəyini bəyan edib.
Bəs görəsən, kənd təsərrüfatlı torpaqlarda inşa olunmuş evlərin taleyi necə olacaq?
Sputnik Azərbaycan-ın Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanladığı sorğuya verilən cavabda bildirilib ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13.1-ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir: "Həmin Məcəllənin 13.2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Göründüyü kimi kənd təsərrüfatı təyinatlı torpaq sahələri yaşayış məqsədilə istifadə üçün nəzərdə tutulmadığından, həmin torpaq sahələrində yaşayış sahələrinin inşa edilməsi qanunvericiliyin müvafiq müddəaları ilə uyğunsuzluq təşkil edir".
Komitədən həmçinin bildirilib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən torpaqların münbit qatının korlanmasına görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək və 247.2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
Kənd təsərrüfatı təyinatlı torpaqlarda (təyinatından kənar) fərdi yaşayış evlərinin inşa edilməsinə münasibətdə yeni və yaxud köhnə tikili olmasından asılı olmayaraq uzanan inzibati xəta olduğundan inzibati tənbeh tədbiri kimi cərimə xətanın aşkar edildiyi vaxtdan tətbiq edilir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur.
"Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2000-ci il tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət Nəzarəti haqqında Əsasnamə"yə əsasən torpaq müfəttişləri tərəfindən 2020-2022-ci illər ərzində ölkə ərazisində aparılmış nəzarət tədbirləri zamanı 2425 fakt üzrə (Bakı şəhəri üzrə 470, digər bölgələr üzrə 1955 və) kənd təsərrüfatı təyinatlı torpaqlarda torpağın məqsədli təyinatından kənar istifadə edilərək fərdi yaşayış evlərinin inşa edilməsi aşkar edilib.
Həmin faktlar üzrə torpaq qanunvericiliyinin tələblərini pozan hüquqi və fiziki şəxslər barəsində torpaq müfəttişləri tərəfindən 2020-2022-ci illər ərzində ümumilikdə 1115 inzibati xəta haqqında protokol tərtib edilərək 568 900 manat inzibati cərimə tətbiq edilib. Protokol tərtib edilməmiş digər hallarla bağlı isə bildirilib ki, hüquqi və fiziki şəxslər tərəfindən torpaq sahələrinə dair mülkiyyət, icarə və istifadə hüququ olmayan ərazilərdə aparılmış tikinti faktlarının araşdırılması və səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsi məqsədilə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aidiyyəti üzrə daxili işlər orqanlarına məktublar göndərilib" deyə rəsmi qurum bildirib.