SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Sergey Lavrovla Ceyhun Bayramov arasında telefon danışığı olub

© AFP 2024 / YURI KOCHETKOVГлава МИД Азербайджана и России Джейхун Байрамов и Сергей Лавров, фото из архива
Глава МИД Азербайджана и России Джейхун Байрамов и Сергей Лавров, фото из архива - Sputnik Azərbaycan, 1920, 31.01.2023
Abunə olmaq
Rusiya tərəfi Moskvada Azərbaycan və Ermənistan XİN başçıları arasında iki ölkə arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların növbəti raundunu təşkil etməyə hazırdır.
BAKI, 31 yanvar - Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli məsələlər, bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində tədbirlər, o cümlədən Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub.
C.Bayramov Üçtərəfli Bəyanata zidd olaraq Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin və Laçın yolundan sui-istifadənin dayandırılması barədə etirazçıların tələblərinin hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd edib. Blokada və humanitar vəziyyət barədə iddiaların heç bir əsasının olmadığını xatırladıb.
Ermənistanın Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlamasına baxmayaraq, müharibədən dərhal sonra Azərbaycanın Ermənistanla münasibətlərin qurulması və normallaşma istiqamətində təkliflərlə çıxış etdiyi, Ermənistanla delimitasiya, nəqliyyat-kommunikasiya xətlərinin açılması, sülh sazişi istiqamətində qısa müddətdə razılıq əldə edilməsi istiqamətində səy göstərdiyini diqqətə çatdırıb. Buna baxmayaraq, Ermənistan tərəfinin təxribatlarının prosesə maneçilik törətdiyini bildirib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
Yanvarın 31-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, nazirlər Laçın yolundakı vəziyyəti həlli yollarını müzakirə ediblər.
Danışıq zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının vacibliyi vurğulanıb.
Bu kontekstdə Rusiya tərəfinin Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin rəhbərləri arasında iki ölkə arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların növbəti raundunu təşkil etməyə hazır olduğu təsdiqlənib.
Xatırladaq ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Paşinyan Laçın dəhlizindəki vəziyyətin aradan qaldırılması üçün Rusiya Federasiyası tərəfindən lazımi addımların atılmasının vacibliyini qeyd edib.
Bu kontekstdə tərəflər Rusiyanın bölgədəki sülhməramlı missiyasının fəaliyyətini müzakirə ediblər.
Həmsöhbətlər 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli sazişlərin icrasına da toxunublar.
Ermənistan və Rusiya liderləri ikitərəfli əməkdaşlığın gündəliyində duran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Vladimir Putin və Nikol Paşinyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.01.2023
RUSİYA
Paşinyan Putindən Laçın dəhlizindəki vəziyyətlə bağlı lazımi addımların atılmasını istəyib
Xəbər lenti
0