Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Paşinyan Putindən Laçın dəhlizindəki vəziyyətlə bağlı lazımi addımların atılmasını istəyib

© Sputnik / Vyacheslav Prokofyev / POOL / Mediabanka keçidVladimir Putin və Nikol Paşinyan, arxiv şəkli
Vladimir Putin və Nikol Paşinyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.01.2023
Abunə olmaq
Telefon danışığı zamanı tərəflər bu kontekstdə Rusiyanın bölgədəki sülhməramlı missiyasının fəaliyyətini müzakirə ediblər.
BAKI, 31 yanvar — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Paşinyan Laçın dəhlizindəki vəziyyətin aradan qaldırılması üçün Rusiya Federasiyası tərəfindən lazımi addımların atılmasının vacibliyini qeyd edib.
Bu kontekstdə tərəflər Rusiyanın bölgədəki sülhməramlı missiyasının fəaliyyətini müzakirə ediblər.
Həmsöhbətlər 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli sazişlərin icrasına da toxunublar.
Ermənistan və Rusiya liderləri ikitərəfli əməkdaşlığın gündəliyində duran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Xəbər lenti
0