Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

BOK Kiyevin rusiyalı idmançıların Olimpiadaya buraxılmaması tələbini rədd edib

© AP Photo / Adrienne SurprenantOlimpiya Oyunlarının bayrağı
Olimpiya Oyunlarının bayrağı - Sputnik Azərbaycan, 1920, 31.01.2023
Abunə olmaq
Beynəlxalq Olimpiya Komitəsi ukraynalı siyasətçinin açıqlamasına kəskin reaksiya verib.
BAKI, 31 yanvar — Sputnik. Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya idmançılarının 2024-cü ildə Fransada keçiriləcək Olimpiya Oyunlarında iştiraka buraxılması ilə bağlı Ukrayna rəsmilərinin tənqidlərini rədd edib.
"Reuters" bu barədə Beynəlxalq Olimpiya Komitəsinə (BOK) istinadən xəbər verir.
Bu günlərdə BOK-un rəhbəri Tomas Bax bildirib ki, Rusiya Federasiyası və Belarus idmançıları Olimpiadada neytral bayraq altında yarışa bilərlər. Komitə rəhbəri idmançıların pasportlarına görə onlara qarşı ayrı-seçkiliyin yolverilməz olduğunu vurğulayıb.
Bundan sonra Ukrayna prezidentinin müşaviri Mixail Podolyak BOK-u "zorakılıq və dağıntıları" təbliğ etməkdə ittiham edib.
Beynəlxalq Olimpiya Komitəsi ukraynalı siyasətçinin açıqlamasına kəskin reaksiya verib.
"BOK bu və digər böhtan xarakterli bəyanatları ən sərt şəkildə rədd edir. Onlar heç bir konstruktiv müzakirə üçün əsas ola bilməz", - deyə Komitənin bəyanatında bildirilib.
Bundan əvvəl Çin Olimpiya Komitəsinin Rusiya Federasiyasının Olimpiadaya buraxılması ilə bağlı BOK-un mövqeyini dəstəklədiyi bildirilib.
Xəbər lenti
0