CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Masallıda narkotik satışı ilə bağlı 18 nəfər saxlanılıb

© Photo : DSXNarkotik bağlamaları
Narkotik bağlamaları - Sputnik Azərbaycan, 1920, 29.01.2023
Abunə olmaq
Faktlarla bağlı Masallı RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
BAKI, 29 yanvar - Sputnik. Masallıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 18 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində cari ilin ötən dövrü ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 18 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış ümumilikdə külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.
Faktlarla bağlı Masallı RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Narkotik  - Sputnik Azərbaycan, 1920, 26.01.2023
PAYTAXT XƏBƏRLƏRİ
Bakıda narkotik satışında şübhəli bilinən şəxslər saxlanılıb
Xəbər lenti
0