https://sputnik.az/20230126/bakida-narkotik-satisinda-subheli-bilinen-sexsler-saxlanilib-451058833.html
Bakıda narkotik satışında şübhəli bilinən şəxslər saxlanılıb
Bakıda narkotik satışında şübhəli bilinən şəxslər saxlanılıb
Sputnik Azərbaycan
Saxlanılanlar narkotik vasitəni paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini deyiblər. 26.01.2023, Sputnik Azərbaycan
2023-01-26T13:33+0400
2023-01-26T13:33+0400
2023-01-26T13:33+0400
narkotik
paytaxt xəbərləri
https://cdnn1.img.sputnik.az/img/42288/76/422887659_0:0:1280:720_1920x0_80_0_0_3f11dc892b5053487b20b56845b36e42.jpg
BAKI, 26 yanvar — Sputnik. Bakıda narkotik satışında şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini Dəyanət Rəhimovdan 308 qramdan artıq heroin aşkar olunaraq götürülüb. Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məksud Ağaverdiyev də müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan 4 qram, yaşadığı evdən isə əlavə 2 kiloqram 220 qram heroin götürülüb. Saxlanılanlar narkotik vasitəni paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini deyiblər. Faktla bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. "Bu şəxslərin hər biri barəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir", - məlumatda qeyd olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42288/76/422887659_171:0:1131:720_1920x0_80_0_0_2ae62d177c81b91635f8c65e886cca2e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
narkotik
Bakıda narkotik satışında şübhəli bilinən şəxslər saxlanılıb
Saxlanılanlar narkotik vasitəni paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini deyiblər.
BAKI, 26 yanvar — Sputnik. Bakıda narkotik satışında şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini Dəyanət Rəhimovdan 308 qramdan artıq heroin aşkar olunaraq götürülüb.
Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məksud Ağaverdiyev də müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan 4 qram, yaşadığı evdən isə əlavə 2 kiloqram 220 qram heroin götürülüb. Saxlanılanlar narkotik vasitəni paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini deyiblər.
Faktla bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
"Bu şəxslərin hər biri barəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir", - məlumatda qeyd olunub.