https://sputnik.az/20230129/bakidaki-ran-sefirliyi-fealiyyetini-davam-etdirecekmi--451174232.html
Bakıdakı İran səfirliyi fəaliyyətini davam etdirəcəkmi?
Bakıdakı İran səfirliyi fəaliyyətini davam etdirəcəkmi?
Sputnik Azərbaycan
Azərbaycan Xarici işlər nazirinin müavini İranın ölkəmizdəki səfirliyinin fəaliyyətini davam etdirib-etdirməyəcəyinə aydınlıq gətirib. 29.01.2023, Sputnik Azərbaycan
2023-01-29T23:06+0400
2023-01-29T23:06+0400
2023-01-29T23:06+0400
siyasət
iran
xələf xələfov
təbriz
https://cdnn1.img.sputnik.az/img/42278/37/422783707_0:0:3121:1756_1920x0_80_0_0_87a4e90ca6a9c7e98cb9654f7ac9e235.jpg
BAKI, 29 yanvar - Sputnik. Xarici işlər nazirinin müavini İranın ölkəmizdəki səfirliyinin fəaliyyətini davam etdirib-etdirməyəcəyinə aydınlıq gətirib.Jurnalistlərə açıqlamasında Azərbaycan Xarici işlər nazirinin müavini Xələf Xələfov deyib ki, beynəlxalq münasibətlərdə hər bir ölkə öz davranışına görə qiymətləndirilir.“Biz Azərbaycanda diplomatik missiyaların qorunması və təhlükəsizlik məsələsində nümunəvi dövlətlərdən biriyik. Bundan sonra da Azərbaycana münasibətdə baş verən təhdidlərə baxmayaraq, Azərbaycan qəbul etdiyi diplomatik missiyaların təhlükəsizliyini təmin etməyə davam edəcək. Səfirliyin bizim ölkəmizdə fəaliyyətini dayandırması barədə hər hansı məlumat verilməyib”, - o, deyib.Xələf Xələfov həmçinin Azərbaycanın İrandakı səfirliyinin diplomatik fəaliyyətini tam dayandırdığını bəyan edib. “Müəyyən spekulyasiyalar var ki, guya diplomatik fəaliyyət dayanmayıb. Amma tam dayanıb. Səfirliyin inzibati binasının, səfirlik əmlakının qorunması ilə bağlı müəyyən əməkdaşlar orada qalacaqlar. Amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər.”, - Xələfov əlavə edib.Bununla belə o, Azərbaycanın Təbrizdəki konsulluğunun fəaliyyətini davam etdirəcəyini deyib: “Əlbəttə bizim Təbrizdə Baş Konsulluğumuz var. Tehrandakı səfirliyin diplomatik fəaliyyətini tam dayandırması Təbrizdəki Baş Konsulluğumuzun fəaliyyətinə şamil olunmur. Bizim bir çox vətəndaşlarımızın İranda olduğunu nəzərə almışıq. Onların da yardıma ehtiyacı olarsa, Təbrizdəki Baş Konsulluğa müraciət edə bilərlər”.Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb.
https://sputnik.az/20230129/azerbaycanin-randaki-sefirliyi-fealiyyetini-dayandirib-tebriz-konsullugu-ise-isleyecek-451173756.html
iran
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42278/37/422783707_0:0:2731:2048_1920x0_80_0_0_d64b0a43a190a98208ea050fbd9bc23b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, xələf xələfov, təbriz
iran, xələf xələfov, təbriz
Bakıdakı İran səfirliyi fəaliyyətini davam etdirəcəkmi?
Azərbaycan Xarici işlər nazirinin müavini İranın ölkəmizdəki səfirliyinin fəaliyyətini davam etdirib-etdirməyəcəyinə aydınlıq gətirib.
BAKI, 29 yanvar - Sputnik. Xarici işlər nazirinin müavini İranın ölkəmizdəki səfirliyinin fəaliyyətini davam etdirib-etdirməyəcəyinə aydınlıq gətirib.
Jurnalistlərə açıqlamasında Azərbaycan Xarici işlər nazirinin müavini Xələf Xələfov deyib ki, beynəlxalq münasibətlərdə hər bir ölkə öz davranışına görə qiymətləndirilir.
“Biz Azərbaycanda diplomatik missiyaların qorunması və təhlükəsizlik məsələsində nümunəvi dövlətlərdən biriyik. Bundan sonra da Azərbaycana münasibətdə baş verən təhdidlərə baxmayaraq, Azərbaycan qəbul etdiyi diplomatik missiyaların təhlükəsizliyini təmin etməyə davam edəcək. Səfirliyin bizim ölkəmizdə fəaliyyətini dayandırması barədə hər hansı məlumat verilməyib”, - o, deyib.
Xələf Xələfov həmçinin Azərbaycanın İrandakı səfirliyinin diplomatik fəaliyyətini tam dayandırdığını bəyan edib.
“Müəyyən spekulyasiyalar var ki, guya diplomatik fəaliyyət dayanmayıb. Amma tam dayanıb. Səfirliyin inzibati binasının, səfirlik əmlakının qorunması ilə bağlı müəyyən əməkdaşlar orada qalacaqlar. Amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər.”, - Xələfov əlavə edib.
Bununla belə o, Azərbaycanın Təbrizdəki konsulluğunun fəaliyyətini davam etdirəcəyini deyib:
“Əlbəttə bizim Təbrizdə Baş Konsulluğumuz var. Tehrandakı səfirliyin diplomatik fəaliyyətini tam dayandırması Təbrizdəki Baş Konsulluğumuzun fəaliyyətinə şamil olunmur. Bizim bir çox vətəndaşlarımızın İranda olduğunu nəzərə almışıq. Onların da yardıma ehtiyacı olarsa, Təbrizdəki Baş Konsulluğa müraciət edə bilərlər”.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb.