https://sputnik.az/20230129/azerbaycanin-randaki-sefirliyi-fealiyyetini-dayandirib-tebriz-konsullugu-ise-isleyecek-451173756.html
Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb, Təbriz konsulluğu isə işləyəcək
Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb, Təbriz konsulluğu isə işləyəcək
Sputnik Azərbaycan
Azərbaycan XİN başçısının müavini Xələf Xələfov deyib ki, Tehrandakı səfirliyin diplomatik fəaliyyətini tam dayandırması Təbrizdəki Baş Konsulluğumuzun... 29.01.2023, Sputnik Azərbaycan
2023-01-29T22:50+0400
2023-01-29T22:50+0400
2023-01-29T22:53+0400
siyasət
iran
xələf xələfov
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1b/451115048_0:160:3072:1888_1920x0_80_0_0_1fed225638e8fd70f6e353c7a7a2cc32.jpg
BAKI, 29 yanvar - Sputnik. “Biz İrandakı səfirliyin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq”.Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. O bildirib ki, guya diplomatik fəaliyyətin dayanmadığı barədə müəyyən spekulyasiyalar var:“Müəyyən spekulyasiyalar var ki, guya diplomatik fəaliyyət dayanmayıb. Amma tam dayanıb. Səfirliyin inzibati binasının, səfirlik əmlakının qorunması ilə bağlı müəyyən əməkdaşlar orada qalacaqlar. Amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər.”“Əlbəttə bizim Təbrizdə Baş Konsulluğumuz var. Tehrandakı səfirliyin diplomatik fəaliyyətini tam dayandırması Təbrizdəki Baş Konsulluğumuzun fəaliyyətinə şamil olunmur.”, - Xələfov əlavə edib.XİN başçısının müavini bir çox vətəndaşlarımızın İranda olduğunu nəzərə aldıqlarını vurğulayıb: “Onların da yardıma ehtiyacı olarsa, Təbrizdəki Baş Konsulluğa müraciət edə bilərlər”.Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb.
https://sputnik.az/20230129/sefirlikde-toredilen-terror-aktina-gore-ran-mesuliyyet-dasiyir---xelef-xelefov-451173527.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1b/451115048_171:0:2902:2048_1920x0_80_0_0_230da25be1132f4a3441df17295a09c5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, xələf xələfov
Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb, Təbriz konsulluğu isə işləyəcək
22:50 29.01.2023 (Yenilənib: 22:53 29.01.2023) Azərbaycan XİN başçısının müavini Xələf Xələfov deyib ki, Tehrandakı səfirliyin diplomatik fəaliyyətini tam dayandırması Təbrizdəki Baş Konsulluğumuzun fəaliyyətinə şamil olunmur.
BAKI, 29 yanvar - Sputnik. “Biz İrandakı səfirliyin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. O bildirib ki, guya diplomatik fəaliyyətin dayanmadığı barədə müəyyən spekulyasiyalar var:
“Müəyyən spekulyasiyalar var ki, guya diplomatik fəaliyyət dayanmayıb. Amma tam dayanıb. Səfirliyin inzibati binasının, səfirlik əmlakının qorunması ilə bağlı müəyyən əməkdaşlar orada qalacaqlar. Amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər.”
“Əlbəttə bizim Təbrizdə Baş Konsulluğumuz var. Tehrandakı səfirliyin diplomatik fəaliyyətini tam dayandırması Təbrizdəki Baş Konsulluğumuzun fəaliyyətinə şamil olunmur.”, - Xələfov əlavə edib.
XİN başçısının müavini bir çox vətəndaşlarımızın İranda olduğunu nəzərə aldıqlarını vurğulayıb: “Onların da yardıma ehtiyacı olarsa, Təbrizdəki Baş Konsulluğa müraciət edə bilərlər”.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb.