CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İran səfirliyinə hücum edən terrorçunu zərərsizləşdirən şəxs Bakıya gətiriləcək

© AP Photo / Vahid SalemiAzərbaycanın İrandakı səfirliyi
Azərbaycanın İrandakı səfirliyi - Sputnik Azərbaycan, 1920, 28.01.2023
Abunə olmaq
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirən Vasif Tağıyevin anası Təranə Tağıyeva oğlunun bu gün Bakıya gətiriləcəyini açıqlayıb.
BAKI, 28 yanvar — Sputnik. "Vasifin bu gün Bakıya gətiriləcəyi gözlənilir. Hazırda səhhəti hazırda orta-ağırdır. Narkozdan tam ayılmayıb". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirən Vasif Tağıyevin anası Təranə Tağıyeva söyləyib.
O, bildirib ki, oğlunun yaralandığı xəbərini ona həyat yoldaşı verib:" Yoldaşım mənə dedi narahat olma, səfirliyə hücum zamanı Vasif yaralanıb, bir şəhidimiz var. Şəhid xəbərini eşidəndə Vasiflə bağlı narahatlığım daha da artdı. Ona tez zəng etdim, mesaj yazdım ki mənə heç olmasa bir şəklini göndərsin. Az keçmədi ki, mənə zəng etdi. Üzü, köynəyi qan idi".
T.Tağıyeva bildirib ki, Vasif ailəlidir, üç övladı var. Onlar hazırda uşaqlar paytaxtda rus bölməsində təhsil aldıqlarından Bakıdadırlar.
Anası Vasifi hər zaman vətənə layiqli vətəndaş kimi yetişdirməyə çalışdıqlarını, onunla qürur duyduqlarını söyləyib. Vasifin xalası, Nəzakət Məhərrəmova isə Sputnik Azərbaycan-a bildirib ki, qəhrəmanın həm də müəllimi olub:
"Vasif ailəmizin, valideynlərinin başını uca etdi. Etdiyi qəhrəmanlığı ilə bir neçə dəqiqədə "ağ köynəkli qəhrəman" kimi tanındı. Vasif iki aydır ki, Bakıdan gedib. Bu hadisə olmasa da bilirdik ki, Vasif mərd oğuldu. Xəbəri eşidəndə bilmədik sevinək, qürur duyaq, yoxsa yaralandığına görə üzülək".
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.
Öldürülən baş leytenant O.Əsgərov Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Rizvan Əsgərovun oğludur. Onun iki övladı var.
Vasif Tağıyev - Sputnik Azərbaycan, 1920, 28.01.2023
CƏMİYYƏT
Səfirliyə hücum edən terrorçunu zərərsizləşdirən Vasif Tağıyev əslində kimdir?
Xəbər lenti
0