CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səfirliyə hücum edən terrorçunu zərərsizləşdirən Vasif Tağıyev əslində kimdir?

© Photo : From the personal archive of Vasif TagievVasif Tağıyev
Vasif Tağıyev - Sputnik Azərbaycan, 1920, 28.01.2023
Abunə olmaq
Xocalı Şəhər 2 saylı tam orta məktəbin direktoru və müəllimi Vasif Tağıyevlə bağlı fikirlərini Sputnik Azərbaycan-la bölüşüblər.
BAKI, 28 yanvar — Sputnik. Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirən Vasif Tağıyevin bu qəhrəmanlığı onun təhsil aldığı məktəbin pedoqoji heyyətini və kollektivini qürurlandırıb.
Xocalı Şəhər 2 saylı tam orta məktəbin direktoru Lətafət Qasımova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, o məktəbə bir ildir ki, təyin edilsə də məktəbdə müəllimlər Vasifin şagird olduğu dövrdə də nizam-intizamlı, əlaçı şagird olmaqla yanaşı, mərdliyi ilə fərqləndiyini söyləyir:
"Vasifin terrorçunu zərərsizləşdirməsi hamımızı qürurlandırdı. Məktəbimiz şagirdlərə təhsil verməklə yanaşı onların vətənpərvər yetişməsi üçün də iş aparılır".
Vasifin Ana dili və Ədəbiyyat müəllimi Rövşən Atakişiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şagirdinin əməli ilə qürur duyub. Onun sözlərinə görə, Vasifdə ən yaxşı xüsusiyyətlər cəmləşib. Şagirdinin bu davranışı onun ürəyini dağa döndərib:
"Vasif o qədər tərbiyəli, mərifətli, çalışqan şagird olub ki, mən həmişə onu belə xatırlayıram. Çox vətənpərvər oğlandır. Məktəbdə də bu keyfiyyəti ilə seçilirdi. İndi onun səhhətinə görə narahat olsam da, sevinirəm ki, həm ailəsi, həm biz cəmiyyətimiz üçün belə bir gənc yetişdirə bilmişik".
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.
Öldürülən baş leytenant O.Əsgərov Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Rizvan Əsgərovun oğludur. Onun iki övladı var.
Azərbaycanın İrandakı səfirliyi - Sputnik Azərbaycan, 1920, 28.01.2023
SİYASƏT
ABŞ Azərbaycan səfirliyinə hücuma görə SEPAH-ı günahlandırıb: Təyinat şübhəlidir
Xəbər lenti
0