https://sputnik.az/20230127/azerbaycan-premyer-liqasinda-mehsuldarliq-rekordu-451089873.html
Azərbaycan Premyer Liqasında məhsuldarlıq rekordu
Azərbaycan Premyer Liqasında məhsuldarlıq rekordu
Sputnik Azərbaycan
Ümumilikdə "Kəpəz" – "Qəbələ" (2:2), "Turan Tovuz" – "Qarabağ" (2:3), "Zirə" – "Sumqayıt" (3:1), "Şamaxı" – "Səbail" (2:1) və "Sabah" – "Neftçi" (2:0)... 27.01.2023, Sputnik Azərbaycan
2023-01-27T12:21+0400
2023-01-27T12:21+0400
2023-01-27T12:22+0400
premyer liqa
idman
qol
futbol
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1b/451089718_0:0:1728:972_1920x0_80_0_0_eb28cf2b1513dd13e32fa13a0528b928.jpg
BAKI, 27 yanvar — Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısının startı yüksək məhsuldarlıqla əlamətdar olub. Peşəkar Futbol Liqasından verilən məlumata görə, XIX turda ümumilikdə 18 qol vurulub. "Kəpəz" – "Qəbələ" (2:2), "Turan Tovuz" – "Qarabağ" (2:3), "Zirə" – "Sumqayıt" (3:1), "Şamaxı" – "Səbail" (2:1) və "Sabah" – "Neftçi" (2:0) matçlarının keçirildiyi turda orta məhsuldarlıq 3,60-a bərabər olub. Bu, 2022/2023 mövsümünün rekordunun təkrarıdır. Cari çempionatın II və VII turunda da 18 qol vurulub. Qeyd edək ki, daha yüksək məhsuldarlıq sonuncu dəfə ötən mövsümün X turunda qeydə alınıb. 2021-ci il noyabrın 6-7-dəki turun 4 matçında 17 qol vurulub və orta göstərici 4,25-ə bərabər olub. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın "Teleqram" kanalında izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1b/451089718_25:0:1633:1206_1920x0_80_0_0_2387199239a6eadeaf168817d665c221.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
premyer liqa, qol, futbol, azərbaycan
premyer liqa, qol, futbol, azərbaycan
Azərbaycan Premyer Liqasında məhsuldarlıq rekordu
12:21 27.01.2023 (Yenilənib: 12:22 27.01.2023) Ümumilikdə "Kəpəz" – "Qəbələ" (2:2), "Turan Tovuz" – "Qarabağ" (2:3), "Zirə" – "Sumqayıt" (3:1), "Şamaxı" – "Səbail" (2:1) və "Sabah" – "Neftçi" (2:0) matçlarının keçirildiyi turda orta məhsuldarlıq 3,60-a bərabər olub.
BAKI, 27 yanvar — Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısının startı yüksək məhsuldarlıqla əlamətdar olub.
Peşəkar Futbol Liqasından verilən məlumata görə, XIX turda ümumilikdə 18 qol vurulub.
"Kəpəz" – "Qəbələ" (2:2), "Turan Tovuz" – "Qarabağ" (2:3), "Zirə" – "Sumqayıt" (3:1), "Şamaxı" – "Səbail" (2:1) və "Sabah" – "Neftçi" (2:0) matçlarının keçirildiyi turda orta məhsuldarlıq 3,60-a bərabər olub.
Bu, 2022/2023 mövsümünün rekordunun təkrarıdır. Cari çempionatın II və VII turunda da 18 qol vurulub.
Qeyd edək ki, daha yüksək məhsuldarlıq sonuncu dəfə ötən mövsümün X turunda qeydə alınıb. 2021-ci il noyabrın 6-7-dəki turun 4 matçında 17 qol vurulub və orta göstərici 4,25-ə bərabər olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın "Teleqram" kanalında izləyin.