https://sputnik.az/20230124/azerbaycanda-ehalinin-xerclerinin-coxu-erzaga-gedir---cedvel-450947394.html
Azərbaycanda əhalinin xərclərinin çoxu ərzağa gedir - CƏDVƏL
Azərbaycanda əhalinin xərclərinin çoxu ərzağa gedir - CƏDVƏL
Sputnik Azərbaycan
Azərbaycanda bir ölkə sakininin orta aylıq xərci artıb. Ötən ay ölkədə illik ərzaq inflyasiyası 19% olub. Daha ətraflı materialımızda. 24.01.2023, Sputnik Azərbaycan
2023-01-24T10:12+0400
2023-01-24T10:12+0400
2023-01-24T10:22+0400
ərzaq
iqtisadiyyat
xərc
xərclər
azərbaycan
ərzaq
inflyasiya
mərkəzi bank
əczaçılıq məhsulları
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438029259_0:909:2048:2061_1920x0_80_0_0_7286cb6182584f9a37ef87a2b4699c7e.jpg
BAKI, 24 yanvar — Sputnik. Azərbaycanda adambaşına düşən orta aylıq xərc artıb. 2022-ci ildə pərakəndə ticarətdə əhalinin bir nəfəri orta hesabla ayda 431,8 manat pul xərcləyib. Bu, 2021-ci illə müqayisədə 64 manat çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə xərclərin 243,2 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 188,6 manatı isə qeyri-ərzaq mallarının payına düşüb. Dekabrda Azərbaycanda illik ərzaq inflyasiyası 19% olub Qeyd edək ki, xərclərin artmasının əsas səbəbi inflyasiyadır. Pərakəndə ticarətdə əsas yeri ərzaq məhsulları tutur. Dekabrda Azərbaycanda illik ərzaq inflyasiyası 19% olub. Təkcə ərzağın qiyməti qalxmayıb, qeyri-ərzaq mallarının (11,9%), ödənişli xidmətlərin qiymətləri (10,2%) də bahalaşıb. Xərclərin artmasının əsas səbəbi qiymətlərin bahalaşmasıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52,2 milyard manatlıq, o cümlədən 29,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 22,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2021-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3%, qeyri-ərzaq malları üzrə 4% artıb. Xərclərin yarıdan çoxu ərzaqlara gedib 2022-ci ildə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,6%-i ərzaq məhsullarının, 4,7%-i içkilər və tütün məmulatlarının, 14,1%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,3%-i avtomobil benzini və dizel yanacağının, 4,8%-i elektrik malları və mebellərin, 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,2%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. Ötən il əhalinin əczaçılıq məhsulları və tibbi ləvazimatlara çəkdiyi xərc 14,1% artaraq 1 milyard 166,1 milyon manata çatıb. İnflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksək qalır Mərkəzi Bankın məlumatına görə, qiymət artımının birbaşa və dolayı olaraq əhəmiyyətli hissəsi xarici mənşəli xərc amilləri ilə bağlıdır. Bu da dünya əmtəə qiymətlərinin və daşınma-logistika xərclərinin yüksəlməsi, tərəfdaşlarda inflyasiya templərinin artması ilə izah edilir. Xüsusilə dünya ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib. 2023-cü il üzrə inflyasiya proqnozunun təkrəqəmli səviyyədə olmasına baxmayaraq, inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksək qalır. İnflyasiyanın hədəf çərçivəsində idarə edilməsi əhəmiyyətli dərəcədə makroiqtisadi siyasət institutları arasındakı koordinasiyanın effektivliyindən asılı olacaq. Qəbul edilmiş strategiyaya uyğun olaraq ölkədə həyata keçirilən struktur-institusional islahatlar rəqabət mühitini yaxşılaşdırmaqla inflyasiya təzyiqlərinin yumşaldılmasına da təsir etməlidir. Prezident Azərbaycandakı inflyasiyanı idxal edilmiş inflyasiya adlandırıb Xatırladaq ki, yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib ki, inflyasiya bu gün bütün dünyada ciddi bir problemə çevrilib. Hətta inkişaf etmiş Qərb ölkələrində ki, orada adətən inflyasiya 1%-dən, yəni, 1 və maksimum 1,5%-dən yüksək olmurdu, bu gün inflyasiya 10%-i üstələyir. Azərbaycandakı inflyasiya idxal edilmiş inflyasiyadır. Çünki biz əlbəttə, dünya iqtisadiyyatının bir parçası olduğumuz üçün bir çox malları idxal edirik və bu istiqamətdə də çalışırıq ki, idxalı əvəzləyən yerli istehsal daha geniş vüsət alsın. Amma hələ təbii ki, idxaldan asılıyıq. Ona görə, əgər belə demək mümkündürsə, inflyasiya Azərbaycana idxal edilib. Keçən ilin nəticələrinə görə 13,9% təşkil edib. Yəni, bu idxal edilmiş inflyasiya ilə bizim mübarizə imkanlarımız kifayət qədər məhduddur... "Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur" "Dünya postpandemiya dövrünə hələ təzə-təzə uyğunlaşır. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Bizim də iqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu üçün əfsuslar olsun ki, biz də bu mənfi təsirə məruz qalmışıq. Ancaq biz çalışırıq ki, dünya üçün bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirək. Bu yaxınlarda imzaladığım çox geniş sosial paket bir daha bunu göstərir. Yəni, müharibədən təzə çıxmış ölkə, özü də ərazisinin 20%-i tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməz olaraq qalır və əlbəttə ki, bizim iqtisadi gücümüzü göstərir"-, deyə dövlət başçısı bildirib.
https://sputnik.az/20230109/oten-ay-dunyada-erzaq-ucuzlasib---cedvel-450492465.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438029259_0:286:2049:1822_1920x0_80_0_0_1affff1937c493db54cc39fe61cf61da.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ərzaq, xərc, xərclər, azərbaycan, ərzaq, inflyasiya, mərkəzi bank, əczaçılıq məhsulları
ərzaq, xərc, xərclər, azərbaycan, ərzaq, inflyasiya, mərkəzi bank, əczaçılıq məhsulları
Azərbaycanda əhalinin xərclərinin çoxu ərzağa gedir - CƏDVƏL
10:12 24.01.2023 (Yenilənib: 10:22 24.01.2023) Azərbaycanda bir ölkə sakininin orta aylıq xərci artıb. Ötən ay ölkədə illik ərzaq inflyasiyası 19% olub. Daha ətraflı materialımızda.
BAKI, 24 yanvar — Sputnik. Azərbaycanda adambaşına düşən orta aylıq xərc artıb. 2022-ci ildə pərakəndə ticarətdə əhalinin bir nəfəri orta hesabla ayda 431,8 manat pul xərcləyib. Bu, 2021-ci illə müqayisədə 64 manat çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə xərclərin 243,2 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 188,6 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
Dekabrda Azərbaycanda illik ərzaq inflyasiyası 19% olub
Qeyd edək ki, xərclərin artmasının əsas səbəbi inflyasiyadır. Pərakəndə ticarətdə əsas yeri ərzaq məhsulları tutur. Dekabrda Azərbaycanda illik ərzaq inflyasiyası 19% olub. Təkcə ərzağın qiyməti qalxmayıb, qeyri-ərzaq mallarının (11,9%), ödənişli xidmətlərin qiymətləri (10,2%) də bahalaşıb. Xərclərin artmasının əsas səbəbi qiymətlərin bahalaşmasıdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52,2 milyard manatlıq, o cümlədən 29,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 22,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2021-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3%, qeyri-ərzaq malları üzrə 4% artıb.
Xərclərin yarıdan çoxu ərzaqlara gedib
2022-ci ildə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,6%-i ərzaq məhsullarının, 4,7%-i içkilər və tütün məmulatlarının, 14,1%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,3%-i avtomobil benzini və dizel yanacağının, 4,8%-i elektrik malları və mebellərin, 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,2%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Ötən il əhalinin əczaçılıq məhsulları və tibbi ləvazimatlara çəkdiyi xərc 14,1% artaraq 1 milyard 166,1 milyon manata çatıb.
İnflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksək qalır
Mərkəzi Bankın məlumatına görə, qiymət artımının birbaşa və dolayı olaraq əhəmiyyətli hissəsi xarici mənşəli xərc amilləri ilə bağlıdır. Bu da dünya əmtəə qiymətlərinin və daşınma-logistika xərclərinin yüksəlməsi, tərəfdaşlarda inflyasiya templərinin artması ilə izah edilir. Xüsusilə dünya ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib. 2023-cü il üzrə inflyasiya proqnozunun təkrəqəmli səviyyədə olmasına baxmayaraq, inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksək qalır. İnflyasiyanın hədəf çərçivəsində idarə edilməsi əhəmiyyətli dərəcədə makroiqtisadi siyasət institutları arasındakı koordinasiyanın effektivliyindən asılı olacaq. Qəbul edilmiş strategiyaya uyğun olaraq ölkədə həyata keçirilən struktur-institusional islahatlar rəqabət mühitini yaxşılaşdırmaqla inflyasiya təzyiqlərinin yumşaldılmasına da təsir etməlidir.
Prezident Azərbaycandakı inflyasiyanı idxal edilmiş inflyasiya adlandırıb
Xatırladaq ki, yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib ki, inflyasiya bu gün bütün dünyada ciddi bir problemə çevrilib. Hətta inkişaf etmiş Qərb ölkələrində ki, orada adətən inflyasiya 1%-dən, yəni, 1 və maksimum 1,5%-dən yüksək olmurdu, bu gün inflyasiya 10%-i üstələyir. Azərbaycandakı inflyasiya idxal edilmiş inflyasiyadır. Çünki biz əlbəttə, dünya iqtisadiyyatının bir parçası olduğumuz üçün bir çox malları idxal edirik və bu istiqamətdə də çalışırıq ki, idxalı əvəzləyən yerli istehsal daha geniş vüsət alsın. Amma hələ təbii ki, idxaldan asılıyıq. Ona görə, əgər belə demək mümkündürsə, inflyasiya Azərbaycana idxal edilib. Keçən ilin nəticələrinə görə 13,9% təşkil edib. Yəni, bu idxal edilmiş inflyasiya ilə bizim mübarizə imkanlarımız kifayət qədər məhduddur...
"Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur"
"Dünya postpandemiya dövrünə hələ təzə-təzə uyğunlaşır. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Bizim də iqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu üçün əfsuslar olsun ki, biz də bu mənfi təsirə məruz qalmışıq. Ancaq biz çalışırıq ki, dünya üçün bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirək. Bu yaxınlarda imzaladığım çox geniş sosial paket bir daha bunu göstərir. Yəni, müharibədən təzə çıxmış ölkə, özü də ərazisinin 20%-i tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməz olaraq qalır və əlbəttə ki, bizim iqtisadi gücümüzü göstərir"-, deyə dövlət başçısı bildirib.