https://sputnik.az/20230109/oten-ay-dunyada-erzaq-ucuzlasib---cedvel-450492465.html
Ötən ay dünyada ərzaq ucuzlaşıb - CƏDVƏL
Ötən ay dünyada ərzaq ucuzlaşıb - CƏDVƏL
Sputnik Azərbaycan
Ərzaq qiymətlərini izləyən FAO-nun məlumatına görə, ərzağın qiymətindəki ucuzlaşma artıq 9-cu aydır ki, davam edir. Dünya ərzaq qiymətləri dekabrda əvvəlki... 09.01.2023, Sputnik Azərbaycan
2023-01-09T17:03+0400
2023-01-09T17:03+0400
2023-01-09T17:17+0400
ərzaq
iqtisadiyyat
ucuzlaşma
https://cdnn1.img.sputnik.az/img/40316/13/403161365_0:142:1801:1155_1920x0_80_0_0_4ec05b8c49f2d63dcc4d304c2ca659a2.jpg
BAKI, 9 yanvar — Sputnik. Dünyada ərzaq qiymətləri ardıcıl doqquzuncu aydır ki, ucuzlaşır. Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dekabr ayı üzrə qlobal ərzaq qiymətləri indeksini açıqlayıb. Dünya ərzaq qiymətləri dekabrda əvvəlki ayla müqayisədə 1,9 faiz azalıb. Son bir illə müqayisədə isə qiymətlər 1 faiz aşağıdır. Bununla belə, bütövlükdə 2022-ci ildə ərzaq indeksi orta hesabla 143,7 bənd təşkil edib ki, bu da 2021-ci ilin orta göstəricisindən 14,3 faiz yüksəkdir. Yağların qiyməti aşağı düşüb Bitki yağları noyabrdan 6,7 faiz azalaraq 2021-ci ilin fevral ayından bəri ən aşağı səviyyəyə çatıb. Bitki yağlarının qiymətləri dekabrda qlobal idxalın azalması səbəbindən aşağı düşüb. Taxıl və ət ucuzlaşıb Taxıl qiymətləri də aşağı düşüb. Belə ki, noyabr ayına nisbətən dekabrda qiymətlər 1,9 faiz azalıb. Bunun səbəbi onunla bağlıdır ki, cənub yarımkürəsində məhsuldarlıq yüksək olduğuna görə taxıl ixracı artıb, Braziliya tərəfdən başlanan rəqabət isə qarğıdalı qiymətinin aşağı düşməsinə səbəb olub. Ətin qiyməti noyabr ayına nisbətən 1,2 faiz azalıb. Ətin qiymətinin düşməsi isə dünyada mal əti və toyuq ətinin ucuzlaşması ilə bağlıdır. Digər tərəfdən, ət qiymətlərinə qlobal tələbin zəif olması təsir göstərib. Süd və şəkər bahalaşıb Süd məhsullarının qiyməti isə bahalaşıb. 5 aylıq ardıcıl enişdən sonra dekabr ayında qiymətlər 1,2 faiz artıb. Yüksək pendir qiymətləri indeksdə aylıq artıma səbəb olub. Eləcə də şəkərin qiyməti 2,4 faiz artıb. Buna səbəb Hindistanda pis havalarla əlaqədar narahatlıqlar və Tailand və Avstraliyada şəkər çuğundurunun emalı ilə bağlı ləngimələr olub. FAO-nun baş iqtisadçısı Maximo Torero iki ildən sonra ərzaq qiymətlərində nisbətən sabitliyin olmasını müsbət hesab edib. Onun fikrincə, lakin dünyada qida təhlükəsizliyi məsələsi çox diqqətdə saxlanılmalıdır. Çünki ərzaq qiymətlərinin yüksək səviyyədə qalması, bir çox əsas məhsulların rekord həddə çatması, gələcək tədarüklərlə bağlı hələ də bir çox risklər bunu vacib edir. Azərbaycanda orta illik inflyasiya 13,8 faiz olub Qeyd edək ki, Azərbaycanda ərzaq məhsullarının qiymətində artım davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 19,5 faiz qalxıb. Noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, manna yarmasının, makaron məmulatlarının, peçenyenin, mal və toyuq ətinin, balıq konservlərinin, qatılaşdırılmış şəkərli südün, pendirin, yumurtanın, qarğıdalı yağının, bananın, xiyarın, pomidorun, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, meyvə şirəsinin, ucuzlaşma isə əsasən narın, heyvanın, xurmanın, almanın, naringinin, limonun, kələmin, çuğundurun, sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Dövlət Xidməti qida bazarında monitorinqlər aparır Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinə riayət edilməsi ilə bağlı nəzarət tədbirləri həyata keçirir. Xidmətin dekabrın 13-də yaydığı məlumata görə, yağ məhsulları bazarında qiymət artımının səbəblərinin müəyyən olunması məqsədilə marqarin yağı, palma yağı, duru yağlar, bitki və heyvan mənşəli qarışıq yağ məhsulları barədə məlumatların təqdim edilməsi üçün əsas bazar iştirakçıları olan "Bakı Qida və Yağ Fabriki" MMC və "Sun Food" MMC-yə müraciət edilib. Lakin hər iki təsərrüfat subyekti tərəfindən məlumatlar təqdim olunmadığından onlara qarşı antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və hər iki müəssisəyə ayrı-ayrılıqda 5500 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti müvafiq sahədə araşdırmaları davam etdirir. Dövlət Xidməti tərəfindən araşdırmalar "Antiinhisar fəaliyyəti haqqında" qanun və Nazirlər Kabinetinin "Azərbaycanda antiinfliyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" 21 fevral 2022-ci il tarixli sərəncamı çərçivəsində həyata keçirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40316/13/403161365_83:0:1684:1201_1920x0_80_0_0_dd10f9faad6a56e93d9f602c8fec0c52.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ərzaq, ucuzlaşma
Ötən ay dünyada ərzaq ucuzlaşıb - CƏDVƏL
17:03 09.01.2023 (Yenilənib: 17:17 09.01.2023) Ərzaq qiymətlərini izləyən FAO-nun məlumatına görə, ərzağın qiymətindəki ucuzlaşma artıq 9-cu aydır ki, davam edir. Dünya ərzaq qiymətləri dekabrda əvvəlki ayla müqayisədə 1,9 faiz azalıb.
BAKI, 9 yanvar — Sputnik. Dünyada ərzaq qiymətləri ardıcıl doqquzuncu aydır ki, ucuzlaşır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dekabr ayı üzrə qlobal ərzaq qiymətləri indeksini açıqlayıb.
Dünya ərzaq qiymətləri dekabrda əvvəlki ayla müqayisədə 1,9 faiz azalıb. Son bir illə müqayisədə isə qiymətlər 1 faiz aşağıdır. Bununla belə, bütövlükdə 2022-ci ildə ərzaq indeksi orta hesabla 143,7 bənd təşkil edib ki, bu da 2021-ci ilin orta göstəricisindən 14,3 faiz yüksəkdir.
Yağların qiyməti aşağı düşüb
Bitki yağları noyabrdan 6,7 faiz azalaraq 2021-ci ilin fevral ayından bəri ən aşağı səviyyəyə çatıb. Bitki yağlarının qiymətləri dekabrda qlobal idxalın azalması səbəbindən aşağı düşüb.
Taxıl qiymətləri də aşağı düşüb. Belə ki, noyabr ayına nisbətən dekabrda qiymətlər 1,9 faiz azalıb. Bunun səbəbi onunla bağlıdır ki, cənub yarımkürəsində məhsuldarlıq yüksək olduğuna görə taxıl ixracı artıb, Braziliya tərəfdən başlanan rəqabət isə qarğıdalı qiymətinin aşağı düşməsinə səbəb olub.
Ətin qiyməti noyabr ayına nisbətən 1,2 faiz azalıb. Ətin qiymətinin düşməsi isə dünyada mal əti və toyuq ətinin ucuzlaşması ilə bağlıdır. Digər tərəfdən, ət qiymətlərinə qlobal tələbin zəif olması təsir göstərib.
Süd məhsullarının qiyməti isə bahalaşıb. 5 aylıq ardıcıl enişdən sonra dekabr ayında qiymətlər 1,2 faiz artıb. Yüksək pendir qiymətləri indeksdə aylıq artıma səbəb olub.
Eləcə də şəkərin qiyməti 2,4 faiz artıb. Buna səbəb Hindistanda pis havalarla əlaqədar narahatlıqlar və Tailand və Avstraliyada şəkər çuğundurunun emalı ilə bağlı ləngimələr olub.
FAO-nun baş iqtisadçısı Maximo Torero iki ildən sonra ərzaq qiymətlərində nisbətən sabitliyin olmasını müsbət hesab edib. Onun fikrincə, lakin dünyada qida təhlükəsizliyi məsələsi çox diqqətdə saxlanılmalıdır. Çünki ərzaq qiymətlərinin yüksək səviyyədə qalması, bir çox əsas məhsulların rekord həddə çatması, gələcək tədarüklərlə bağlı hələ də bir çox risklər bunu vacib edir.
Azərbaycanda orta illik inflyasiya 13,8 faiz olub
Qeyd edək ki, Azərbaycanda ərzaq məhsullarının qiymətində artım davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 19,5 faiz qalxıb.
Noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, manna yarmasının, makaron məmulatlarının, peçenyenin, mal və toyuq ətinin, balıq konservlərinin, qatılaşdırılmış şəkərli südün, pendirin, yumurtanın, qarğıdalı yağının, bananın, xiyarın, pomidorun, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, meyvə şirəsinin, ucuzlaşma isə əsasən narın, heyvanın, xurmanın, almanın, naringinin, limonun, kələmin, çuğundurun, sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Dövlət Xidməti qida bazarında monitorinqlər aparır
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinə riayət edilməsi ilə bağlı nəzarət tədbirləri həyata keçirir.
Xidmətin dekabrın 13-də yaydığı məlumata görə, yağ məhsulları bazarında qiymət artımının səbəblərinin müəyyən olunması məqsədilə marqarin yağı, palma yağı, duru yağlar, bitki və heyvan mənşəli qarışıq yağ məhsulları barədə məlumatların təqdim edilməsi üçün əsas bazar iştirakçıları olan "Bakı Qida və Yağ Fabriki" MMC və "Sun Food" MMC-yə müraciət edilib. Lakin hər iki təsərrüfat subyekti tərəfindən məlumatlar təqdim olunmadığından onlara qarşı antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və hər iki müəssisəyə ayrı-ayrılıqda 5500 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti müvafiq sahədə araşdırmaları davam etdirir.
Dövlət Xidməti tərəfindən araşdırmalar "Antiinhisar fəaliyyəti haqqında" qanun və Nazirlər Kabinetinin "Azərbaycanda antiinfliyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" 21 fevral 2022-ci il tarixli sərəncamı çərçivəsində həyata keçirilir.