https://sputnik.az/20230123/azerbaycan-boksculari-milletler-kubokunda-11-medal-qazaniblar-450925567.html
Azərbaycan boksçuları Millətlər Kubokunda 11 medal qazanıblar
Azərbaycan boksçuları Millətlər Kubokunda 11 medal qazanıblar
Sputnik Azərbaycan
13 ölkədən 100-dən çox idmançının qatıldığı Millətlər Kubokuna 12 boksçu ilə yollanan yığma 2 qızıl, 3 gümüş və 6 bürünc medala sahib olub 23.01.2023, Sputnik Azərbaycan
2023-01-23T10:40+0400
2023-01-23T10:40+0400
2023-01-23T10:55+0400
idman
boks
boksçu
medal
bürünc medal
qızıl medal
gümüş medal
https://cdnn1.img.sputnik.az/img/42216/17/422161750_0:160:3073:1888_1920x0_80_0_0_80339d742b0b10dd2d460c06c8b03e67.jpg
BAKI, 23 yanvar — Sputnik. Azərbaycanın qız və qadın boksçuları Serbiyanın Sombor şəhərində keçirilmiş Millətlər Kubokunda 11 medal qazanıblar. Federasiyadan verilən məlumata görə, yarışın sonuncu – altıncı günündə milli aktivinə 3 gümüş medal əlavə edib. Gənc boksçular arasında Lalə Mədətova (48 kq) və Aynur Mikayılova (52 kq), böyüklərdə Şəhla Allahverdiyeva (66 kq) turniri ikinci pillədə bitiriblər. Beləliklə, 13 ölkədən 100-dən çox idmançının qatıldığı Millətlər Kubokuna 12 boksçu ilə yollanan yığma 2 qızıl, 3 gümüş və 6 bürünc medala sahib olub. İlin ilk beynəlxalq yarışında Mədətova, Mikayılova və Allahverdiyevadan öncə yeniyetmələrin mübarizəsində Banuçiçək Nəsirli (46 kq), gənclərdə Emili Rzayeva (66 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məktəbli boksçular arasında Səma Hüseynova (54 kq), gənclərdə Aysu İsmayılova (48 kq), Nərmin Əlizadə (50 kq), böyüklərdə Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq) və Esmira Məmmədova (63 kq) isə bürünc medala yiyələniblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42216/17/422161750_170:0:2901:2048_1920x0_80_0_0_f53429e0f1b7ef58aa3881aa33ff2b70.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
boks, boksçu, medal, bürünc medal, qızıl medal, gümüş medal
boks, boksçu, medal, bürünc medal, qızıl medal, gümüş medal
Azərbaycan boksçuları Millətlər Kubokunda 11 medal qazanıblar
10:40 23.01.2023 (Yenilənib: 10:55 23.01.2023) 13 ölkədən 100-dən çox idmançının qatıldığı Millətlər Kubokuna 12 boksçu ilə yollanan yığma 2 qızıl, 3 gümüş və 6 bürünc medala sahib olub
BAKI, 23 yanvar — Sputnik. Azərbaycanın qız və qadın boksçuları Serbiyanın Sombor şəhərində keçirilmiş Millətlər Kubokunda 11 medal qazanıblar.
Federasiyadan verilən məlumata görə, yarışın sonuncu – altıncı günündə milli aktivinə 3 gümüş medal əlavə edib.
Gənc boksçular arasında Lalə Mədətova (48 kq) və Aynur Mikayılova (52 kq), böyüklərdə Şəhla Allahverdiyeva (66 kq) turniri ikinci pillədə bitiriblər.
Beləliklə, 13 ölkədən 100-dən çox idmançının qatıldığı Millətlər Kubokuna 12 boksçu ilə yollanan yığma 2 qızıl, 3 gümüş və 6 bürünc medala sahib olub. İlin ilk beynəlxalq yarışında Mədətova, Mikayılova və Allahverdiyevadan öncə yeniyetmələrin mübarizəsində Banuçiçək Nəsirli (46 kq), gənclərdə Emili Rzayeva (66 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Məktəbli boksçular arasında Səma Hüseynova (54 kq), gənclərdə Aysu İsmayılova (48 kq), Nərmin Əlizadə (50 kq), böyüklərdə Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq) və Esmira Məmmədova (63 kq) isə bürünc medala yiyələniblər.