https://sputnik.az/20230122/lon-mask-twitter-in-iscilerinin-sayi-ile-bagli-iddialara-cavab-verdi-450911819.html
İlon Mask Twitter-in işçilərinin sayı ilə bağlı iddialara cavab verdi
İlon Mask Twitter-in işçilərinin sayı ilə bağlı iddialara cavab verdi
Sputnik Azərbaycan
Milyarder həmçinin əlavə edib ki, yüzlərlə işçi hələ də etimad və təhlükəsizlik komandasında çalışır. 22.01.2023, Sputnik Azərbaycan
2023-01-22T23:22+0400
2023-01-22T23:22+0400
2023-01-22T23:22+0400
ilon mask
dünya xəbərləri
twitter
twitter statusu
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441561571_0:0:3071:1728_1920x0_80_0_0_f7d747d63ff7d1f06b0546464e8cac5f.jpg
BAKI, 22 yanvar - Sputnik. "Twitter"in rəhbəri İlon Mask CNBC kanalının efirində "Twitter"də cəmi 1,3 min əməkdaşın qalması ilə bağlı iddialara cavab verib. İş adamı özü sosial şəbəkənin bütün işçilərini sayaraq qeyd edib ki, onların sayı mediada yazılanlardan əlavə ən azı mindən çoxdur. "Bu məlumatlar yanlışdır. Hazırda "Twitter"də 2,3 minə yaxın aktiv işçi çalışır", - deyə Mask qeyd edib. Milyarder həmçinin əlavə edib ki, yüzlərlə işçi hələ də etimad və təhlükəsizlik komandasında çalışır. "Hələ də bir neçə min işçimiz var", - deyə Mask bildirib. CNBC "Twitter"də əsas vəzifələrdə 550-dən az tam ştatlı işçinin olduğunu və şirkətin təxminən 75 işçisinin məzuniyyətdə olduğunu iddia edib. Telekanal bu barədə sosial şəbəkənin daxili sənədlərinə istinad edib. Bu yaxınlarda "Twitter" əməkdaşlarının İlon Maskın sosial şəbəkəni almasından sonra işçilərin kütləvi şəkildə ixtisar olunacağından qorxaraq şirkətin vanna otağında hönkür-hönkür ağladıqları bildirilirdi.
https://sputnik.az/20230122/lon-mask-twitter-i-alandan-sonra-iscilerin-80-i-sirketi-terk-edib-450911032.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441561571_0:0:2729:2047_1920x0_80_0_0_e58552a6aaf82b53df0ba5ec947d6a5f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ilon mask, twitter, twitter statusu
ilon mask, twitter, twitter statusu
İlon Mask Twitter-in işçilərinin sayı ilə bağlı iddialara cavab verdi
Milyarder həmçinin əlavə edib ki, yüzlərlə işçi hələ də etimad və təhlükəsizlik komandasında çalışır.
BAKI, 22 yanvar - Sputnik. "Twitter"in rəhbəri İlon Mask CNBC kanalının efirində "Twitter"də cəmi 1,3 min əməkdaşın qalması ilə bağlı iddialara cavab verib.
İş adamı özü sosial şəbəkənin bütün işçilərini sayaraq qeyd edib ki, onların sayı mediada yazılanlardan əlavə ən azı mindən çoxdur.
"Bu məlumatlar yanlışdır. Hazırda "Twitter"də 2,3 minə yaxın aktiv işçi çalışır", - deyə Mask qeyd edib.
Milyarder həmçinin əlavə edib ki, yüzlərlə işçi hələ də etimad və təhlükəsizlik komandasında çalışır.
"Hələ də bir neçə min işçimiz var", - deyə Mask bildirib.
CNBC "Twitter"də əsas vəzifələrdə 550-dən az tam ştatlı işçinin olduğunu və şirkətin təxminən 75 işçisinin məzuniyyətdə olduğunu iddia edib. Telekanal bu barədə sosial şəbəkənin daxili sənədlərinə istinad edib.
Bu yaxınlarda "Twitter" əməkdaşlarının İlon Maskın sosial şəbəkəni almasından sonra işçilərin kütləvi şəkildə ixtisar olunacağından qorxaraq şirkətin vanna otağında hönkür-hönkür ağladıqları bildirilirdi.