DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İlon Mask Twitter-i alandan sonra işçilərin 80%-i şirkəti tərk edib

© AFP 2024 / JIM WATSONИлон Маск, фото из архива
Илон Маск, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.01.2023
Abunə olmaq
İstifadəçilərin təhlükəsizliyinin təmini üçün şirkətin siyasəti, dizaynı və məhsul dəyişikliyinə dair məsləhətlər verməklə məşğul olan sektorunun əməkdaşlarının sayı hazırda 20 nəfərə qədər azalıb.
BAKI, 22 yanvar - Sputnik. Milyarder İlon Maskın “Twitter“-i almasından sonra şirkətin əməkdaşlarının 80 faizə yaxını ya işdən çıxarılıb, ya da öz ərizəsi ilə işdən çıxıb.
Bu barədə CNBC telekanalı “Twitter“-də daxili yazışmalara istinadən məlumat yayıb.
Beləliklə, şirkət əməkdaşlarının sayı 1,3 minə qədər azalıb. Xüsusən istifadəçilərin təhlükəsizliyinin təmini üçün şirkətin siyasəti, dizaynı və məhsul dəyişikliyinə dair məsləhətlər verməklə məşğul olan sektorunun əməkdaşlarının sayı hazırda 20 nəfərə qədər azalıb.
Ekspertlər təcrübəli əməkdaşların sayının azalmasının “Twitter”-də xidməti çətinləşdirəcəyi qənaətindədirlər (APA).
Xəbər lenti
0