https://sputnik.az/20230120/azerbaycan-futbol-tarixinin-en-bahali-transferleri-melum-olub-450856394.html
Azərbaycan futbol tarixinin ən bahalı transferləri məlum olub
Azərbaycan futbol tarixinin ən bahalı transferləri məlum olub
Sputnik Azərbaycan
Azərbaycanın futbol aləminin ən tanınmış simalarından sayılan Vəli Qasımov bu baxımdan ikinci pillədədir. 20.01.2023, Sputnik Azərbaycan
2023-01-20T17:12+0400
2023-01-20T17:12+0400
2023-01-20T17:12+0400
idman
futbol
futbolçu
transfer
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0d/442886808_0:103:2000:1228_1920x0_80_0_0_7c9c359dd8b0585a0093ba7b31a8e30f.jpg
BAKI, 20 yanvar - Sputnik. MDB ölkələrinin ən bahalı transferlərinin siyahısı açıqlanıb.“Report”un məlumatına görə, cədvəldə Azərbaycan futbolçuları da yer alıblar.Azərbaycan tarixində bir klubdan digərinə ən yüksək məbləğ qarşılığında keçən oyunçu Narvik Sirxayev göstərilib. Yığmanın sabiq üzvü 2001-ci ildə Rusiyada “Anji”ni Moskva “Lokomotiv”inə 1 milyon avroya dəyişib.Azərbaycanın ən tanınmış simalarından sayılan Vəli Qasımov bu baxımdan ikinci pillədədir. 55 yaşlı mütəxəssis 1992-ci ildə Rusiyanın “Dinamo” (Moskva) klubundan İspaniya təmsilçisi “Betis”ə 600 000 avroya keçib.Üçüncü yeri bölüşən futbolçular hazırda karyeralarını davam etdirirlər. “Qarabağ”ın formasını geyinən Bəhlul Mustafazadəni 2021-ci ildə Birləşmiş Ərəb Əmirlikləri klubu “Əl-Ayn” 500 000 avroya “Sabah”dan transfer edib. Lakin müdafiəçi adıçəkilən komandada debüt etməyə vaxt tapmamış Vətənə qayıdıb və “Qarabağ”la anlaşıb.Futbolun sirlərini Almaniyada öyrənən Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov da 2019-cu ildə Portuqaliya “Eştoril”indən İngiltərə klubu “Vulverhempton”a eyni qiymətə keçib. Ancaq forvard heç bir rəsmi görüşdə iştirak etmədən Premyer Liqa klubundan ayrılıb.Ölkə daxilində bir klubdan digərinə ən baha qiymətə transfer olunan futbolçu Elnur Allahverdiyev sayılır. Millinin sabiq müdafiəçisini “Qəbələ” 2013-cü ildə “Xəzər Lənkəran”dan 450 000 avroya heyətinə qatıb.Yazıda vurğulanıb ki, Riçard Almeyda 2012-ci ildə Braziliya klubu “Santo Andre”dən “Qarabağ”a yüksək məbləğə keçsə də, sonradan milliləşdirildiyi üçün siyahıya salınmayıb.Qeyd edək ki, MDB ölkələrinin ən bahalı futbolçusu ukraynalı Mixail Mudrikdir. 22 yaşlı yarımmüdafiəçi bu ay ölkəsinin Donetsk “Şaxtyor”undan İngiltərə klubu “Çelsi”yə 100 milyon avroya keçib. Bu məbləğin 30 milyon avrosu bonus kimi nəzərdə tutulub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0d/442886808_114:0:1887:1330_1920x0_80_0_0_11bca9faf6c8c019d378ecca53350e3b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
futbol, futbolçu, transfer
futbol, futbolçu, transfer
Azərbaycan futbol tarixinin ən bahalı transferləri məlum olub
Azərbaycanın futbol aləminin ən tanınmış simalarından sayılan Vəli Qasımov bu baxımdan ikinci pillədədir.
BAKI, 20 yanvar - Sputnik. MDB ölkələrinin ən bahalı transferlərinin siyahısı açıqlanıb.
“Report”un məlumatına görə, cədvəldə Azərbaycan futbolçuları da yer alıblar.
Azərbaycan tarixində bir klubdan digərinə ən yüksək məbləğ qarşılığında keçən oyunçu Narvik Sirxayev göstərilib. Yığmanın sabiq üzvü 2001-ci ildə Rusiyada “Anji”ni Moskva “Lokomotiv”inə 1 milyon avroya dəyişib.
Azərbaycanın ən tanınmış simalarından sayılan Vəli Qasımov bu baxımdan ikinci pillədədir. 55 yaşlı mütəxəssis 1992-ci ildə Rusiyanın “Dinamo” (Moskva) klubundan İspaniya təmsilçisi “Betis”ə 600 000 avroya keçib.
Üçüncü yeri bölüşən futbolçular hazırda karyeralarını davam etdirirlər. “Qarabağ”ın formasını geyinən Bəhlul Mustafazadəni 2021-ci ildə Birləşmiş Ərəb Əmirlikləri klubu “Əl-Ayn” 500 000 avroya “Sabah”dan transfer edib. Lakin müdafiəçi adıçəkilən komandada debüt etməyə vaxt tapmamış Vətənə qayıdıb və “Qarabağ”la anlaşıb.
Futbolun sirlərini Almaniyada öyrənən Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov da 2019-cu ildə Portuqaliya “Eştoril”indən İngiltərə klubu “Vulverhempton”a eyni qiymətə keçib. Ancaq forvard heç bir rəsmi görüşdə iştirak etmədən Premyer Liqa klubundan ayrılıb.
Ölkə daxilində bir klubdan digərinə ən baha qiymətə transfer olunan futbolçu Elnur Allahverdiyev sayılır. Millinin sabiq müdafiəçisini “Qəbələ” 2013-cü ildə “Xəzər Lənkəran”dan 450 000 avroya heyətinə qatıb.
Yazıda vurğulanıb ki, Riçard Almeyda 2012-ci ildə Braziliya klubu “Santo Andre”dən “Qarabağ”a yüksək məbləğə keçsə də, sonradan milliləşdirildiyi üçün siyahıya salınmayıb.
Qeyd edək ki, MDB ölkələrinin ən bahalı futbolçusu ukraynalı Mixail Mudrikdir. 22 yaşlı yarımmüdafiəçi bu ay ölkəsinin Donetsk “Şaxtyor”undan İngiltərə klubu “Çelsi”yə 100 milyon avroya keçib. Bu məbləğin 30 milyon avrosu bonus kimi nəzərdə tutulub.