Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Messi və Ronaldu uzun müddətdən sonra üz-üzə gələcəklər

© AFP 2023 / BEN STANSALLLionel Messi və Kriştianu Ronaldu
Lionel Messi və Kriştianu Ronaldu - Sputnik Azərbaycan, 1920, 19.01.2023
Abunə olmaq
Azarkeşlər 771 gündən sonra Messi-Ronaldu duelinə Ər-Riyaddakı "Kral Fəhd" stadionunda şahidlik edəcəklər.
BAKI, 19 yanvar — Sputnik. Əzəli rəqiblər Lionel Messi və Kriştianu Ronaldu uzun müddətdən sonra bu gün üz-üzə gələcəklər.
Argentinalı və portuqaliyalı ulduz futbolçuların yolu 25 aydan sonra kəsişəcək.
Onlar Fransanın PSJ klubu ilə Səudiyyə Ərəbistanında "Əl-Nəsr" və "Əl-Hilal"ın birləşməsindən ibarət seçmə komandanın yoldaşlıq görüşündə iştirakçı olacaqlar. Messi PSJ-nin formasını geyinirsə, "Əl-Nəsr"in yeni transferi Ronaldu ölkənin ulduzlardan ibarət komandasında kapitan kimi meydana çıxacaq.
Azarkeşlər 771 gündən sonra Messi-Ronaldu duelinə Ər-Riyaddakı "Kral Fəhd" stadionunda şahidlik edəcəklər. Bu matçın təşkilinə razılıq verdiyi üçün Fransa klubu 10 milyon avro gəlir əldə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, Lionel Messi ilə Kriştianu Ronaldu sonuncu dəfə 2020-ci il dekabrın 8-də bir-birinə rəqib olublar. Bu, Çempionlar Liqasının qrup mərhələsinin son turuna təsadüf edib. Həmin görüşdə Messi İspaniya "Barselona"sının, Ronaldu isə İtaliya "Yuventus"unun formasını geyinib. Portuqaliyalının penaltidən iki dəfə fərqləndiyi oyunda "Yuventus" 3:0 hesablı səfər qələbəsi qazanıb (Report).
Xəbər lenti
0