DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan ordusunun idarə rəisi işdən çıxarıldı

© SputnikErməni
Erməni - Sputnik Azərbaycan, 1920, 19.01.2023
Abunə olmaq
Buna səbəb kimi Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsində 15 hərbçinin ölümü ilə nəticələnən yanğın göstərilib.
BAKI, 19 yanvar — Sputnik. Ermənistan silahlı qüvvələrinin yanğın təhlükəsizliyi idarəsinin rəisi işdən çıxarılıb.
Bu barədə Ermənistan İctimai Televiziyası məlumat yayıb.
Buna səbəb kimi Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsində 15 hərbçinin ölümü ilə nəticələnən yanğın göstərilib.
Lakin işdən çıxarılan idarə rəisinin adı açıqlanmayıb.
Qeyd edək ki, ötən gecə Ermənistanın Qeqarqunik (Basarkeçər) rayonunun Azad (Azat) kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında yanğın baş verib. Hadisə nəticəsində 15 hərbçi ölüb.
Ermənistan silahlı qüvvələrinin 2-ci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryanın da tutduğu vəzifədən uzaqlaşdırılacağı barədə məlumatlar yayılıb.
Erməni - Sputnik Azərbaycan, 1920, 19.01.2023
DÜNYA XƏBƏRLƏRİ
Ermənistan ordusunun 15 hərbçisi həlak olub
Xəbər lenti
0