DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan ordusunun 15 hərbçisi həlak olub

© AP Photo / Sergei GritsErməni
Erməni - Sputnik Azərbaycan, 1920, 19.01.2023
Abunə olmaq
Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətindən verilən məlumata görə, yanvarın 19-da saat 01:15 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qeqarkunik rayonunun Azat kəndində tikilinin yanması barədə məlumat daxil olub.
BAKI, 19 yanvar — Sputnik. Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsində 15 hərbçinin ölümü ilə nəticələnən yanğının söndürülməsinə 5 saat vaxt sərf olunub.
Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətindən verilən məlumata görə, yanvarın 19-da saat 01:15 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qeqarkunik rayonunun Azat kəndində tikilinin yanması barədə məlumat daxil olub. Əraziyə Xilasetmə Xidmətinin əməliyyat qrupları və yanğınsöndürənlərdən ibarət 3 döyüş briqadası yola düşüb.
Yanğın saat 02:58-də lokallaşdırılıb, saat 06:33-də söndürülüb. Binadan 15 cəsəd çıxarılıb, üç nəfər müxtəlif dərəcəli yanıqlarla Vardenis tibb mərkəzinə aparılıb.
Ermənistan İctimai Televiziyasının məlumatına görə, ikinci ordu korpusunun komandiri işdən çıxarılacaq.
Xəbər lenti
0